Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (9-06-2017, 11:43)
“Kontakt Home” müştəriləri necə aldadır?

“Kontakt Home” müştəriləri necə aldadır?

 

“Kontakt Home” mağazalar şəbəkəsinin müştərilərinin narazılığı artmaqdadır.

Mediatv.az “Yenicag”a istinadən  xəbər verir ki, məhsullarının keyfiyyətsizliyi, kredit fırıldağı ilə gündəmdən düşməyən “Kontakt Home” mağazalar şəbəkəsi zəmanət talonlarına görə müştərilərini incidir.

Belə ki, aldığı məhsulun keyfiyyətsiz olması ilə bağlı sözügedən şəbəkənin servis xidmətinə zəmanət talonu ilə müraciət edən müştərilər get-gələ salınır. Nəticədə şikayətləri təmin edilmir. “Kontakt Home” ancaq “qızıl zəmanəti” olan müştərilərinin şikayətlərini dinləyir və nəzərə alır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sayta açıqlamasına görə, “Kontakt Home”dan olan şikayətlər artıb: “Kontakt Home”dan daim şikayətlər daxil olur. Şirkət mağazadan kreditlə telefon alan vətəndaşları aldadır. 2013-cü ilə qədər mağazalar banklar vasitəsilə kreditlər verirdi. 2013-cü ildə dövlətin qərarından sonra banklar mağazalardan çıxdı. Bankların yerini isə alverçilər tutdu. Nəticədə, istehlakçılar şəxsiyyət vəsiqəsini göstərməklə istənilən malı guya kredit yolu ilə alırlar. Əslində, ortada başqa bir adamın pulu dövr edir. Və beləcə, müştəriyə 30-40 faiz baha, şişirdilmiş qiymətə mal satılır. “Kontakt Home”dan gələn şikayətlərin analizi göstərir ki, buradan alınan malların əksəriyyəti keyfiyyətsizdir. Bundan başqa, vətəndaşlarla bağlanılan müqavilələrə qanunsuz bəndlər daxil edilir.

Məsələn, bizə daxil olan şikayət ərizəsində qeyd olunur ki, vətəndaş krediti ödəyərək bitirib. Ancaq “Kontakt Home” vətəndaşı məcbur edir ki, sən 290 manatı ödəməlisən! Səbəbi də budur ki, əgər dolların kursu dəyişərsə, müştəri 290 AZN ödəməlidir. Vətəndaş da haqlı olaraq manatla müqavilə bağladığını, borcunu ödəyib bitirdiyini bildirir. Ümumiyyətlə, bu mağazalar şəbəkəsi keyfiyyətsiz malların təqdim edilməsi, zəmanət talonunu sonradan etibarsız sayması, müştərilərini aldatması ilə ad çıxarıb.

Təəssüflər olsun ki, Azad İstehlakçılar Birliyi bir sıra ticarət şəbəkələri ilə danışıqlar yolu ilə təmənnasız olaraq problemlərin aradan qaldırılmasına nail olsa da, “Kontakt Home”la heç cür dil tapa bilmir. Onu da qeyd edim ki, “Kontakt Home” vətəndaşlardan pul alanda, onlara rəsmi, VÖEN möhürü olan sənəd vermir. Əvəzində müştərilərə saxta sənədlər təqdim olunur. Bu məsələ ilə bağlı dəfələrlə Vergilər, İqtisadiyyat Nazirliyinə məlumat versək də, şəbəkənin öhdəsindən heç kim gəlmir. Şikayət edəndə də, deyirlər ki, “gedin məhkəməyə müraciət edin”. Buna görə də şikayətlərin sayı gündən-günə çoxalır. Hesab edirəm ki, kassa qəbzi vermədiyinə görə, Vergilər Nazirliyi “Kontakt Home” mağazalar şəbəkəsinə sərt sanksiyalar tətbiq etməlidir”.

Qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin servis xidmətində müştərinin narazılığını əks etdirən özəl video da yayımlanıb. Həmin videonu təqdim edirik.

 

[media=http://]<iframe src="https://player.vimeo.com/video/220916228" width="640" height="352" frameborder="0" webkitallowfullscreen mozallowfullscreen allowfullscreen></iframe>

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024