Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-02-2021, 22:44)
Covid-19: Həkimlər nə üçün bu "fırıldağı" həyata keçirirlər?!


                                       
“Koronavirus” adlı qlobal fırıldağı realizə etmək üçün Dünyəvi Dövlətə 2 qrup insan lazımdır:
1.Həkimlərin fırıldaqçı və satqın bir hissəsi.
2.Kütləvi İnformasiya Vasitələrinin Dünyəvi Dövlətə xidmət edən,pul üçün media qanunlarını daima tapdalayıb keçməyə hazır olan nümayəndələri. 
  Əlbəttə, bu sözlər bütün həkimlərə və bütün jurnalistlərə aid deyildir, layiqli , öz vəzifə borcunu yüksək səviyyədə həyata keçirən, həqiqəti hər şeydən üstün tutan həkim və jurnalistlər çoxluq təşkil edir.                                                                                      “Koronavirus” adlı qlobal fırıldaq vahid qlobal nöqtədən çox ustalıqla idarə olunur.Kovid proyekti qlobalistlər tərəfindən 2015-ci ildə təsdiq edilmişdir. Onlar 3-cü Dünya müharibəsini “pandemiya” pərdəsi altında aparırlar  və bunu da onlar özləri açıqca bəyan edirlər. Vaksinasiya bu proyektin son və həlledici mərhələsidir. Bu proyekt insanların nadanlığı və avamlığı nəticəsində geniş vüsətlə həyata keçirilir. Necə deyərlər, insan nadanlığı Dib Dövləti üçün xarüqələr yaradır. “Koronavirus” kodlaşdırılmış adını daşıyan , əslində koronavirusa heç bir aidiyyatı olmayan, idarə olunan xəstəlik Dünyəvi Dövlətə lazım olduqda gücləndirilir-xəstələrin sayı artır, lazım olmadıqda isə zəiflədilir – xəstələrin sayı azalır.”Koronavirus” adı ilə məşhur olan, insanları qorxudan ,dəli-divanə edən xəstəliyin həqiqi adı “Ağciyərlərin toksiki pnevmoniyası”dır.Bədbəxt, avam camaat bu xəstəliyin nə olduğunu, bunun əhali arasında necə yayıldığını ,təbii ki, başa düşmür və mənə elə gəlir ki, heç vaxt da başa düşməyəcək.Hər halda , sadə izahata ehtiyac var.Əvvəla, kimyəvi silah əhali arasında Dünyəvi Dövlətin yerlərdəki emissarları tərəfindən yayılır. Bunu etmək elə də çətin deyil, hərbi toksikologiya dərsliklərini vərəqləmək bu prosesi başa düşmək üçün kifayət edir: havadan təyyarələrlə, ayrı-ayrı insanlar tərəfindən bağlı konteynerlərin ağzını açıb insanların çox toplaşdığı yerlərə qoymaqla, qapalı sahələrə xüsusi aerozollar fısqırtmaqla kimyəvi silahın yayılması təmin olunur. Xəstəliyin tez yayılması üçün bu ən gözəl vasitədir.Məhz ona görə də 2020-ci ilin yayında hamının yaxşı tanıdığı tibbi çinovniklərdən biri çox arxayınlıqla  sanki fala baxırmış kimi insanlara bunları bəyan etdi:“Koronavirusa inanmayanlar çox tezliklə öz fikirlərini dəyişəcəklər.Hər bir ailədən heç olmazsa bir meyit çıxacaqdır” .Belə məsuliyyətli bəyanatı bu cür qətiyyətlə yalnız o adam verə bilərdi ki, bu xəstəliyin yayılmasında onun özü də iştirak edir.Məhz həmin çinovnik lap bu yaxınlarda  vaksinasiya başlayanda ikinci cəsarətli bəyanat verdi:“Hamı vaksinləşməlidir, əgər vaksinlərdən kimsə ölsə və ya şikəst olsa, narahat olmayın, dövlət bu adamların ailələrinə pul verəcəkdir”. Birinci dəfə  olduğu kimi , bu  dəfə də bu çinovnik demək istəyirdi ki, vaksinlər sizi ya öldürəcək , ya da şikəst edəcəkdir.Və o, tamamilə haqlıdır: çünki bu çinovnik və vaksinasiyanı təbliğ edən , Dünyəvi Dövlətin emissarları olan başqa həkimlər çox yaxşı bilirlər ki, yeni insan vaksini hazırlamaq üçün 25 il vaxt lazımdır, hətta bir ilə belə vaksin hazırlamaq mümkün deyil. HAL-HAZIRDA “VAKSİN” ADI İLƏ BÜTÜN DÜNYADA İNSANLARA VURULAN ŞÜBHƏLİ MADDƏ  PLANETDƏ İNSANLARIN SAYINI AZALTMAQ ÜÇÜN OLAN  MADDƏDİR. BU QLOBAL PROSESDİR, DÜNYANIN HƏR YERİNDƏ HƏYATA KEÇİRİLİR. Nəhayət , ən mühüm məsələlərdən biri də odur ki, koronavirusa qarşı vaksin hazırlamaq prinsipcə mümkün deyil.“Koronavirus respirator virusdur, respirator virusa qarşı vaksin olmur” (Akademik İqor Alekseeviç Qundarov)           Dünyanın hər yerində əhalinin böyük bir hissəsi Dünyəvi Dövlətin tətbiq etdiyi psixotexnoloji metodlar nəticəsində Qlobal oliqarxlara, milyarderlərə xidmət edən , qlobalistlərin nökərləri olan bir qrup yerli həkimlərin təsiri altına düşmüşdür –bu həkimlərin məsləhəti ilə maska taxıb özlərini bədbəxt edir. Maskada gəzən insanların ağciyərlərində geridönməz proseslər əmələ gəlir.Kütləvi informasiya vasitələrinin ,xüsusən də televiziyanın insanlara tətbiq etdiyi “Ayıq halda hipnoz”(psixoterapiyada bu, belə adlanır) əhalini zombi vəziyyətinə salmışdır.İnsanların şüurunda yalnız 2 söz fırlanır: KOVİD19 və VAKSİNASİYA. Cəmiyyətin müəyyən bir hissəsi, hətta ziyalıların bir hissəsi nə dünyəvi dövlətin kimyəvi silah nəticəsində xəstəliyi artırdığına, nə də vaksinlərin mövcud olmadığına inanırlar.Bu yaxınlarda bir jurnalist Avropanın bir neçə məhkəməsinin ÜST-in göstərişi ilə dünya səmasında kimyəvi silahın yayılması faktının təsdiqinə, dünyanın çox nüfuzlu elmi birliklərinin hal-hazırkı pnevmoniyanın məhz kimyəvi –toksiki maddələrin təsirindən yaranmasının sübutuna baxmayaraq, bütün bu məlumatlara şübhə ilə yanaşdığını bildirdi. COVİD-19 proyektinin arxasınca COVİD-20, 21, 22 və.s. proyektlərinin olacağını qlobalistlər heç də gizlətmirlər, amma sadə insan kütləsi bu prosesin sonunu gözləyir, son isə görünmür...                                                                                                                       Dünyəvi Dövlətin yerlərdə emissarları olan həkimlər KOVİD layi-həsindən çox böyük xeyir görürlər, insanlar məhv olurlar, “pandemiya” pərdəsi altında qlobalistlər bütün ölkələrin iqtisadiyyatını dağıdırlar, amma bu həkimlər xarici banklardakı hesablarına yeni dollarlar keçirirlər, yaxşı vəzifələrə təyin olunurlar,belə həkimlərin elmi işləri növbədənkənar təsdiq olunur, “Kafedra müdiri”, “Şöbə müdiri”, “Baş həkim” vəzifələrini alırlar.Bütün bunların əvəzində onlardan aşağıdakılar tələb olunur: televiziyada, YouTubeda və başqa informasiya resurslarında daima insanlara yalan danışmaq, maska taxmağı, vaksinləşməni təbliğ etmək və yalandan özünün də vaksinləşdiyini elan etmək. Bu adamların heç biri vaksin vurdurmur, onlar çox gözəl bilirlər ki, “vaksin” əslində vaksin deyil. Məşhur mikrobioloq akademik Çumakov yazır:” Vaksin” adı ilə insanlara yeridilən maddə ən gec halda 180 gündən sonra öz öldürücü təsirini göstərəcəkdir-cavan adamlar sonsuz olacaq, yaşlı adamlar sadəcə məhv olub aradan gedəcəklər” Bax bu “vaksinləri” bir qrup ağ xalatlı “şeytanlar” insanlara məsləhət görürlər, bunun əvəzində bu satılmış həkimlərin nəinki özləri, hətta qohumları, yaxın adamları müxtəlif gəlirli vəzifələrə təyin olunur, onlara böyük şəhərlərin 4-5 mərkəzi rayonlarında tamamilə pulsuz, təzə tikilmiş evlər verilir, bu “adamlar” bütün maddi vəziyyətlərini insanların  bədbəxtliyi üzərində yaxşılaşdıraraq, onları yeni pandemiyalarla qorxudurlar.Hal-hazırda bu həkimlər Bill Qeytsin rəhbərliyi altında yeni mutasiya olunmuş koronavirus haqqında danışırlar, halbuki “koronavirus mutasiya olunmaq qabiliyyətinə malik deyil”-Akademik Filatov. Dünyəvi Dövlət belə həkimlərin əli ilə yeni pandemiyalar təşkil etməyə hazırlaşır. Bill Qeyts bu haqda sonsuz sayda bəyanatlar vermişdir  və bu bəyanatlar bütün mətbuat səhifələrində vardır.Artıq sübuta ehtiyac yoxdur.Çox maraqlıdır ki, hamı xalqın adından danışır-ağxalatlı satılmış həkimlər də, Avropa mühacirətində əyləşib  bütün məmurları tənqid edən müxalifətçilər də,  müxtəlif YouTube kanallarda özlərini ağıllı göstərməyə çalışan bəzi qabiliyyətsiz adamlar da.Lakin bu adları çəkilən qüvvələr özləri də çıxışlarında daima insanları aldadır, koronavirus oyunu haqqında əsl həqiqətləri danışmırlar.Bu insanlar hələ də alverdən və puldan ayrıla bilmirlər, bu bədbəxtlər məhz koronavirus və vaksinasiya oyunlarının qurbanı olacaqlarını düşünmək istəmirlər, “Filmin Sonu” sözlərinin tezliklə yazılacağına inanmırlar.Son dərəcə güclü olan insan nadanlığı, ölkədə baş alıb gedən kütləvi savadsızlıq qlobal qüvvələrin dəyirmanına çox yaxşı su tökdü.İnsanların 95%-i hələ də Dünyəvi Dövlətin nə olduğunu bilmir, ümumiyyətlə, bu məfhumun mənasını başa düşmür,öz potensial qatillərini tanımır. Soros deyir:”İnsanların savadlanmasına imkan verməyin, qoyunlarla işləmək bizə daha rahatdır”. Sorosun sözlərində həqiqət varmı? Bu suala özünüz cavab verin.Bütün insanlar özlərini ağıllı hesab edirlər, lakin  yaramaz, satqın, “kovid” layihəsinə xidmət edən həkimlərin sözlərinə inanırlar, iki maskanı üst-üstdən taxırlar.Dünyəvi Dövlət tərəfindən istifadə olunan sxemlərə çox dəqiq əməl edən , lakin daima xalqın adından danışan, koronavirus “vaksin”ini bəşəriyyətin xilaskarı kimi təqdim edib, hamını vaksinləşdirməyə çalışan ən məşhur həkimlər müxtəlif ölkələrdə koronavirus statistikasını saxtalaşdırırlar. 
    Dünyanın ən tanınmış tibb alimləri hal-hazırkı “vaksinasiya”nın tam əsassız olduğunu qeyd edirlər. İnsan vaksini hazırlamaq üçün 25 il vaxt lazımdır, “vaksin” adlandırılan hal-hazırkı maddənin təhlükəsizliyi sübut edilməmişdir.Akademik Onişenko və Akademik Qundarov keçən həftədəki çıxışlarında qeyd edirlər:”Koronavirus əleyhinə vaksin vurmaq cinayətdir, belə vaksin yoxdur, heç vaxt da olmayacaqdır”. Dünya şöhrətli akademik Çuçalin koronavirus vaksininə etiraz əlaməti  olaraq Rusiya Səhiyyə Nazirliyinin Etika komissiyasını tərk etmişdir. Rusiya həkimlərinin üçdən iki hissəsi vaksin vurdurmaqdan imtina etmişdir.Oksfordda son günlər vaksinləşmiş 5 adam dünyasını dəyişmişdir. Dünya şöhrətli mikrobioloq , tibb elmləri doktoru, professor Vladimir Sergeyev “Azad Mətbuat” agentliyinə verdiyi sonuncu müsahibəsində deyir:”Hələ dünyanın heç bir yerində belə qısa müddətə vaksin hazırlamaq mümkün olmamışdır.Hal-hazırkı BİOLOGİYA və TƏBABƏT elmi 25 ildən tez təhlükəsiz və keyfiyyətli vaksin hazırlamağa qadir deyildir ”-sitatın sonu.  Dünyanın ən tanınmış elm ulduzları koronavirus əleyhinə vaksinin mövcüd olmadığını söyləyir, Azərbaycanın pul gücünə elmi dərəcə almış həkimləri isə insanları vaksinləşməyə çağırırlar.                                           Məqalədə qeyd olunanlara şübhə ilə yanaşan insanlar Dünyəvi Dövlətin məşhur üzvlərinin demək olar ki, hər gün etdikləri çıxışlarına, məşhur Amerikan sosioloqu, “Yalançı koronavirus pandemiyası”nın ideoloqu Jeyms Overtonun elmi məqalələrinə nəzər sala bilərlər. Dünyəvi Dövlət açıq bəyan edir:”Biz yeni pandemiyaların yaranmasını təmin edəcəyik, insanları elə vəziyyətə gətirəcəyik ki , onlar özləri vaksinləşmək üçün bizə yalvarsınlar.Bütün dünya 2-3 dəfə total vaksinasiya olunmalıdır, lazımsız millətlər və insanlar vaksinasiya nəticəsində qırılıb aradan çıxmalıdır, bütün bunlardan sonra məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq olar.”Qlobalistlərin fikrincə, onların artıq yaratmış olduqları yeni dünyəvi qaydalarda maska taxmaq əsas yer tutacaqdır, maska insanı qorumaq üçün deyil, onu itaətə öyrətmək üçündür. Çox maraqlıdır ki, Faşist Almaniyası da ölüm düşərgələrində saxladıqları əsirlərə maska taxdırırdı.”Maska altında hamı eyniləşir, şüurlar bərabərləşir, qullar daha da cəsarətsizləşir”-Gebbels, faşizm ideoloqu.  Görkəmli filosof , professor Andrey İliç Fursov sonuncu müsahibələrindən birində qeyd edir:-“Qlobaloistlərin “qara proyekt” adlandırdıqları layihədə deyilir ki, bütün dünya ölkələrinin iqtisadiyyatı məhv edilməlidir, dünya vahid nöqtədən idarə edilməlidir, bunun üçün ən yaxşı vasitə insanları qorxudub evdə oturtmaq (Evdə Qal, virus gəlir, bayıra çıxma!), distansiyalı təhsilə keçmək, “koronavirus təhlükəsi” altında fabrikləri, zavodları bağlamaq, insanların hərəkətlərini məhdudlaşdırmaq, sərhədləri bağlamaqdır.Biz artıq buna nail olduq, dünya iqtisadiyyatı aqoniya vəziyyətindədir, BƏŞƏRİYYƏT DİZİ ÜSTƏ ÇÖKMÜŞDÜR.” –sitatın sonu. İnsan hüquqları üzrə beynəlxalq konvensiyalarda təsbit olunmuşdur ki, hal-hazırda “Karantin” adını daşıyan tədbir-insanları evdən bayıra buraxmamaq-yalnız məhkəmənin hər bir ayrıca insan haqqında cıxardığı qərardan sonra tətbiq oluna bilər. İctimai nəqliyyatın işləmədiyi şənbə və bazar günləri vətəndaşların taksilərə, təsadüfi maşınlara xərclədiyi pulları görəsən kim ödəməlidir? Yoxsa insanlar öz ehtiyacları üçün harasa getdikdə piyada hərəkət etməlidirlər? İnsanlara qlobalistlərin tapşırığı və göstərişləri ilə zülm verib məhv etməyə çalışan ağxalatlı “həkimlər” unutmamalıdırlar:həqiqət onlarsız da yaşayacaq, bəs onlar özləri həqiqətsiz yaşaya biləcəklərmi?!  Sonda bir neçə məsələni xüsusilə qeyd etmək lazımdır:
1.Pandemiya - dünyanın bütün qitələrini müəyyən bir xəstəlik epidemiyası əhatə etdikdə elan olunur.Dünyanın heç bir ölkəsində indiki günə qədər epidemiya göstəriciləri olmamışdır və indi də yoxdur.Pandemiya elan etmək üçün bütün ölkələrdə epidemiya göstəriciləri olmalıdır.Dünyanın bir sıra ölkələrində bu günə qədər heç koronavirusun adı da yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının Direktorunun şəxsi təşəbbüsü ilə , ÜST-in Assambleyasının qərarı olmadan elan edilmiş pandemiya saxta və qeyri –qanunidir.ÜST-in öz nizamnaməsinə görə pandemiya yalnız Assambleya tərəfindən elan edilə bilər. lakin assambleya belə qərar 
qəbul etməyib, deməli,elan edilmiş pandemiya beynəlxalq legitimliyə malik deyil.
 2.Epidemiya. Ölkə əhalisinin 5% və daha çox  hissəsi müəyyən xəstəliyə tutulduqda epidemiya elan edilir.Belə sayda xəstə dünyanın heç bir ölkəsində olmamışdır, indi də yoxdur.
3.Karantin-artıq təsdiq olunmuş xəstəlik diaqnozu olan xəstələrin xəstəliyin qarşısının alınması məqsədi ilə izolyasiyasına deyilir.Bü-
tün (həm xəstə, həm sağlam) əhalinin zorla evdə saxlanılması, onların müəyyən saat məhdudiyyətində açıq havaya buraxılması, hərəkətlərinin məhdudlaşdırılması karantin deyil, İNSAN HÜQUQLARININ KOBUD SURƏTDƏ POZULMASIDIR.
4.Maska- fərdi qoruyucu vasitə deyil, maska heç bir mikrobioloji agentdən(o cümlədən viruslardan) qorumur . Maska müəyyən müddətdən sonra ağciyərlərdə emfizema, vərəm, anaerob pnevmoniyanın inkişafına səbəb olur.
5. Vaksinasiya-mürəkkəb immunobioloji preparatın(vaksinin) orqanizmə daxil edilməsidir. Bu proses tibbi-eksperimental prosesdir.Vaksinasiya edilməmişdən əvvəl hər bir vətəndaş yazılı surətdə özünün notarius tərəfindən təsdiq edilmiş imzası ilə bu pro- sedura  könüllü razılıq verməlidir.Belə razılığın olmadığı hallarda vaksinasiya zorla aparılmış tibbi-eksperimental əməliyyat kimi qiymətləndirilir.Təhlükəsiz və effektiv insan vaksini hazırlamaq üçün 25 il, veterinariya vaksinləri hazırlamaq üçün 18 il vaxt tələb olunur.6 aya-1ilə vaksin hazırlanmasını bəyan edən həkimlər ağ yalan danışırlar  və  bu cinayətləri üçün gec-tez əhali qarşısında cavab verməli olacaqlar. 6.Testlər  -koronavirus infeksiyasını laborator yolla aşkarlayan, dəqiqləşdirən heç bir müayinə metodu, o cümlədən test müayinəsi metodu yoxdur.Test müayinəsi sadəcə olaraq tibbi biznesdir, ÜST  və onun yerlərdəki nümayəndələri test biznesindən kapital gəliri əldə edirlərTestlərin saxta olduğu artıq bir neçə ölkələrin alimləri tərəfindən aşkar edilmişdir-Tanzaniya, Bolqariya, Yunanıstan ÜST-nin ölkələrə satdığı testləri mütəxəssislərin iştirakı ilə sınaqdan keçirmişdir: Dizel yanacağında, palma yağında “müsbət” nəticə verən həmin testlər, bədən hərarəti 38-dərəcə “S” olan, guya koronaviruslu xəstələrdə təkrari müayinələr nəticəsində “mənfi” cavabı vermişdir. Bir-neçə həkim-maqnatların işlətdiyi koronavirus testi aparan laboratoriyalarda insanların müflisləşmiş olduğu indiki vaxtda saxta test müayinələrini çox baha qiymətlərə apararaq, insanları demək olar ki, bu testləşməyə məcbur edirlər.Bütün bu qəddar və yaramaz əməliyyatlar məhz həkimlərin əli ilə aparılır.Qlobalistlərin xidmətində olan , hamıdan çox cənfəşanlıq edən, media səhifələrində bu çirkin qlobal siyasəti ifşa edən həkimlərə nəlayiq söyüşlər və hədələr yağdıran, “Kovid”-fırıldaq” proyektindən fantastik pullar qazanan bir həkim-radioloq belə təklif verir:-“Adamları evdən bayıra buraxmayın, və onları ev şəraitində təkrari və təkrari testlər etməyə məcbur edin” Məhz belə həkimlərin səyi nəticəsində insanlar aylarla karantinlərdə oturur, iş yerlərini itirir, ümidsizlikdən intihar edirlər. Türkiyə mikrobioloqlarının fikrincə test-diaqnostik metod deyildir, yalnız elmi-tədqiqat işlərinə yarayan eksperimental metoddur.Maraqlıdır:bəs bu insanlar üzərində aparılan eksperimentlər üçün:vaksinasiya, test müayinəsi üçün kimlərsə nə vaxtsa cavab verəcəkmi?                                                                           Məqalənin hazırlanmasında aşağıdakı mənbələrdən istifadə edilmişdir: 
Andrey İliç Fursov, filosof, fəlsəfə elmləri doktoru:”Pandemiya və transnasional kompaniyalar”.
Nikolay Filatov, akademik, vaksinlər üzrə mütəxəssis. 
İqor Qundarov, epidemioloq, professor. 
Yaroslav Belskiy , Avstriya mikrobioloqu, professor.
Klaus Şvab, milyarder, Davos İqtisadi Forumunun təşkilatçısı. 
Bill Qeyts, rəsmi bəyənatları. 
Akademik Çumakov, mikrobioloq. 
Zverev, infeksion xəstəliklər üzrə mütəxəssis. 
Jelobok Nataliya, mikrobioloq, tibb elmləri namizədi, Ukraynalı mütəxəssis. 
Aleksandr Saverski, həkim-terapevt; Sankt-Peterburq HTA-nın metodiki göstərişləri.                                                               “Vaksinlər və vaksinasiya” V.V.Zverev, R.M.Xaitov.“Vaksinlər və vaksinoprofilaktika” V.L.Melnikov, N.N.Mitrofanov   “İnfeksion xəstəliklərin immunoprofilaktikası” İ.İ.Dolquşin, O.A.Qrizinger, S.V.Luçinina.
Professor Pavel Vorobyov-“Epidemiya, pandemiya yoxdur, koronavirus mistifikasiyadır” məqaləsi.
“İnfeksion xəstəliklər və epidemiologiya” dərsliyi.Müəlliflər:V.İ.Pokrovski, S.Q.Pak, N.İ.Briko, B.K.Danilkin.
“Mikrobiologiya, immunologiya və virusologiyadan praktik məşğələlər üçün rəhbərlik” Müəllif: Zıkov M.P.                                     “Biologiya və təbabət sahəsindəki nailiyyətlərin tətbiqi zamanı insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyi haqqında 04.04.1997-ci ildə qəbul edilmiş İnsan hüquqları və biotəbabət haqqında Beynəlxalq konvensiya”-Rəsmi Sənəd;                           “İnsan hüquqları və bioetika haqqında Ümumdünya deklarasiyası”-19 dekabr2005-ci ildə YUNESKOnun xüsusi konfransı tərəfindən qəbul edilmişdir;                                                                                                                                                                                                                      
Həkim-psixiatr, biotibbi etika və dientologiya üzrə mütəxəssis   ABDULLA ŞIXLİNSKİ                                                                                                                                                                                                                                                   шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024