Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-03-2020, 13:13)
“Azercell Telekom” MMC cənab prezidentin çağırışına qoşuldu

 Şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat yatırım etdi.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyası hazırda sürətlə genişlənməkdədir. Mövcud gərgin qlobal vəziyyətdə ölkə iqtisadiyyatına və əhalinin rifahına dəstək olmaq məqsədilə yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC-nin sosial məsuliyyət təşəbbüsləri davam edir. Belə ki, mobil operator Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb.
Xatırladaq ki, Azercell İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 AZN məbləğində pul vəsaiti də yükləyib. Həmçinin şirkət Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətlərinin gücləndirilmiş iş şəraitində çalışdığını bəyan edib. Şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"i ilə əlaqə saxlanılması istiqamətində bütün lazım dəstəyin göstərilməsinə hazır olduğunu qeyd edib.шаблоны для dle 11.2

Xəbər lenti
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024