Siyasət (1-02-2021, 12:00)
“Aydın Əliyev covid proektindən külli miqdarda pullar qazanır” - Abdulla Şıxlinski
Xəbər verdiyimiz kimi artıq bir neçə həftədir ki, Azərbaycanda vaksinasiya prosesi artıq başlayıb. İlkin mərhələdə səhiyyə işçiləri peyvənd olunud. Bu gündən isə 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.
Bildiyimiz kimi cəmiyyətdə vaksinasiyaya qarşı birmənalı fikir yoxdur. Vaksinasiya başlanandan sonra isə məlum oldu ki, bu birmənalı fikir həkimlər arasında da mövcud deyil. Belə ki, bir çox həkim vaksinasiyanı vacib sayıb özləri peyvənd olsalar da, vaksinə inanmayan həkimlər də oldu. Buna görə də həkimlər arasında ziddiyyətlər yaşamaqdadır. Belə ziddiyyətlərdən biri həkim-psixiatr Abdulla Şıxlinski və Tibb Univetsitetinin Tədris-Terapevtik klinikasının şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev arasında yaşanır.
Xatırladaq ki, həkim-psixiatr Abdulla Şıxlinski koronavirus vaksinasiyası ilə bağlı məqalə yazmışdı. Həmin məqalə ilə bağlı Aydın Əliyev müsahibə verib və Abdulla Şıxlinskinin ünvanına xoşagəlməz ifadələr işlədib.
"Mediatv.az" sözü gedən məsələ ilə bağlı Abdulla Şıxlinskinin mövqeyini öyrənib.
Abdulla Şıxlinski: “Aydın Əliyev məqalədəki durğu işarələrinin yerini qrammatika qaydalarına uyğun bilsə idi, mənim öz sözlərimlə qlobalistlər sözlərindən gətirdiyim sitatları biri-biri ilə səhv salmazdı”.
"Mediatv.az" Abdulla Şıxlinski ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:
- Abdulla həkim, yəqin ki, Tibb Univetsitetinin Tədris-Terapevtik klinikasının şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyevin sizin məqaləniz haqqındakı fikirləri ilə tanışsınız? Bu barədə sizin fikirlərinizi bilmək istərdik.
- Bəli, mən həmin müsahibə ilə tanışam. Azərbaycan Tibb Univetsitetinin Tədris-Terapevtik klinikasının şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev cebhe.infa-ya verdiyi müsahibələrdə mənim vaksinasiya barədə yazdığım məqalələrdə düzgün, obyektiv məlumat verdiyimə görə, öz sərbəst mövqeyimi bildirdiyimə görə məni nəlayiq sözlərlə təhqir edib. Aydın Əliyev, əgər mənim məqalələrimdəki faktlara şübhə ilə yanaşırsa, mən ona tanınmış alimlərin yazılarını təqdim edə bilərəm. Aydın Əliyev məqalədə göstərilən “vaksin qara camaat üçündür” sözlərini mənim adıma yazıb. Halbuki bu sözləri mən qlobalistlərin fikirlərindən sitat kimi gətirmişəm. Hər bir insan öz fikrini mətbuatda açıq söyləmək hüququna malikdir. Bu fikirlərlə razılaşmaq və ya razılaşmamaq hər vətəndaşın öz işidir. Lakin insanın öz fikirlərini söyləməyə görə, onu təhqir etmək, onun ünvanına nəlayiq sözlər demək-bu açıq provakasiyadır.
- Sizcə Aydın Əliyev niyə sizin fikirlərinizə qarşı belə reaksiya verib?
- Aydın Əliyev heç məqalədəki mənanı axıracan başa düşə bilməyib, müəyyən dairələrin tapşırığı ilə mənə hədə-qorxu qəlməyə çalışıb. Mənim mətbuatda sərbəst çıxış etmək hüquqlarımı məhdudlaşdırmağa çalışıb. Mən Aydın Əliyevin səviyyəsinə enmək istəməzdim, mənim belə adamlara sadəcə yazığım gəlir. Aydın Əliyev kimi adamlar öz vəzifələrində qalmaq üçün istənilən adamların sifarişlərini yerinə yetirə bilərlər. Məni təhqir etmək sifarişini də Aydın Əliyev kimlərdənsə, alıb. Aydın Əliyev məqalədəki durğu işarələrinin yerini qrammatika qaydalarına uyğun bilsə idi, mənim öz sözlərimlə qlobalistlərin sözlərindən gətirdiyim sitatları biri-biri ilə səhv salmazdı.
- Aydın Əliyev müsahibəsində vaksin vurdurduğunu bildirib? Buna münasibətiniz necədir?
- O, yalan söyləyərək özünün də vaksinasiya olunduğunu qeyd edib, Bu məlumat yalandır.
- Abdulla həkim, siz yenə də vaksinasiya ilə bağlı öz fikirlərinizə qalırsınız?
- Mən yenə də öz fikrimdə qalıram. Çünki mən Aydın Əliyevdən fərqli olaraq insanların həyatına biganə deyiləm. Mən sovet həkiminin andını içmişəm, yenə də təkrar edirəm ki, koronavirusa qarşı vaksin mövcud deyil, mən bunu Aydın Əliyevə də sübut edə bilərəm.
Aydın Əliyev bəlkə də vəzifə almaq, öz maddi imkanlarını yaxşılaşdırmaq üçün mənim kimi insanlara təzyiq edir, kiminsə tapşırığı ilə məni hədələyir, mən belə təhlükəli adamlara (Aydın Əliyev çox təhlükəlidir) psixiatrik prizmadan baxıram. Mən Aydın Əliyevdən xahiş edərdim ki, 8-9 aya vaksin hazırlanma üsulları haqqında sübutları varsa, təqdim etsin, belə məsələləri hədə-qorxu ilə sübut etmək olmaz.
Abdulla Şıxlinski: “Mən Aydın Əliyevdən fərqli olaraq insanların həyatına biganə deyiləm”.
Onun təhqir dolu müsahibəsini internetdə yerləşdirən jurnalistlərə isə məsləhətim budur ki, media qanunlarına əməl etsinlər, özlərinə problem yaratmasınlar, şəxsiyyəti təhqir edən materialın internetdə yerləşdirilməsi cinayət xarakterli əməldir.
- Maraqlıdır, niyə həkimlər arasında vaksinlə bağlı fikir ayrılıqları var?
- Hər həkimin öz fikri var. Amma mənə də maraqlıdır ki, Aydın Əliyev yüksək mənsəbli qohumlarının və pullarının hesabına Terapevtik klinikanın şüa diaqnostikası şöbəsinin müdiri olduqdan sonra niyə öz həkim-kolleqalarını-indiki halda məni nəlayiq söyüşlərlə söyməyə başlayıb, yoxsa bu adam düşünür ki, bu hərəkətlərinə görə cəzasız qalacaq?! Ya da zənn edir ki, yüksək vəzifəli dayıları onu qoruyacaq?! Məşhur İbn Sina yazır: “Həkimlər biri-birinə daima hörmətlə yanaşmalı, xalqa heç vaxt yalan danışmamalıdırlar”.
Bu həmin Aydın Əliyevdir ki, yalançı “kovid" proektinə üzv olandan bəri, xəstələri aldatmaqla məşğuldur, sağlam insanlara “Ağciyərin buzlu şüşə sindromu” diaqnozunu yazaraq koronavirus statistikasını saxtalaşdırıb, yalandan xəstələrin sayını artırmaqla məşğuldur. Bu “həkim” sağlam adamlara “koronavirus” diaqnozu qoyaraq statistikanı şişirdirdi. İndi məni məhz koronavirus həqiqətlərini dediyimə görə nəlayiq söyüşlərlə söyür. Aydın Əliyevin insanlara tövsiyyə etdiyi vaksinlərdən hər gün planetdə nə qədər insan qırılır. Bəs Aydın Əliyevə azərbaycan xalqının düşməni deməyəsən, nə deyəsən?! Aydın Əliyev əhalinin sayını azaltmaq prosesini çox cürətlə həyata keçirir, mən bu fırıldağın üstünü açdığıma görə, media səhifələrində məni təhqir edir.
Məhz Aydın Əliyevin və ona bənzər həkimlərin xidmətləri sayəsində insanlar aylarla əsassız karantinlərdə oturur, insan həyatını məhv edən maskaları məcburən taxır, iş yerləri bağlanır, iqtisadiyyat dağılır, insanlar ümidsizlikdən intihar edirlər. Bu bədbəxt “həkim” heç bir mütəxəssislə dialoqa hazır deyil, dialoqa hazır olmayan insanlar həmişə söyüşə üstünlük verirlər. Bu adam heç bir immunologiya, epidemiologiya, mikrobiologiya dərsliklərini oxumayıb. Əgər oxusa idi, bilərdi ki, həm köhnə, həm də ən müasir dərsliklərdə yazılıb ki, insan vaksini 25 ildən az müddətə hazırlana bilməz, dünyada 7-8aya vaksin hazırlana bilən texnologiya yoxdur. Aydın Əliyev tibb alimlərinin əsərlərinə deyil qlobal dünyəvi dövlətin sxemlərinə əsaslanır.
Ümumiyyətlə hal-hazırda vaksinasiyanı təbliğ edən həkimlərin hamısı alimlərin fikirlərinə deyil, Dünyəvi Dövlətin sxemlərinə əsaslanırlar, çünki bu adamlar, o cümlədən Aydın Əliyev covid proektindən külli miqdarda pullar qazanırlar, onları xalqın taleyi maraqlandırmır, ancaq öz cibləri maraqlandırır. Ona görə də Aydın Əliyev onun cibinə zərər gətirən söz dedikdə, dərhal o adamı söyməyə başlayır-buna fiziologiyada “qoruyucu refleks” deyirlər.
Abdulla Şıxlinski: “Dünyanın bütün ölkələrində “kovid” proyektini işlədən, qlobalistlər tərəfindən seçilmiş xüsusi “həkimlər”qrupu var. Aydın Əliyev bu qrupa daxildir”.
Dünyanın bütün ölkələrində "kovid” proyektini işlədən, qlobalistlər tərəfindən seçilmiş xüsusi “həkimlər”qrupu var. Aydın Əliyev bu qrupa daxildir, bu qrupun həkimləri əvvəlki etaplarda süni olaraq qəsdən əhali arasında xəstəlik yayır, statistikanı saxtalaşdırırdılar, maska rejimini hətta açıq havada tətbiq etdirirdilər, sosial distansiya tələb etdirirdilər, karantinlərin hətta qızmar yayda təşəbbüskarı olurdular, metroları, sərhədləri açmağa qoymurlar, indi isə əhalini vaksinləşdirirlər, bütün bu proseslər əsassızdır.
Aydın Əliyev kimi “həkimlər” yalandan yüksək rütbəli çinovniklərin və özlərinin vaksinləşdiyini deyirlər-bu yalandır. Tibb işçiləri bilməlidirlər ki, şöbə müdirlərinə, xəstəxanaların baş həkimlərinə vaksin vurulmur, yalnız siravi işçilər vaksinləşdirilir. Aydın Əliyev də şöbə müdiridir. Aydın Əliyev və kovid proektinin başqa həkimləri Dünyəvi Dövlətin emissarlarıdlr, əgər kimin buna şübhəsi varsa, Dünyəvi Dövlətin özünün açıq bəyan etdiyi məlumatlarla tanış ola bilər-kovid proektinin həkimlərinin davranış sxemi oarada qeyd edilmişdir.
Aydın Əliyev heç nədən qorxmur, bu adamın arxasında, görünür ki, çox pullu və güclü insanlar dayanıb. Bu adam ictimai təhlükəlidir-insanları “vaksin” adını daşıyan, 25 il əvəzinə 8 aya hazırlanmış şübhəki maddələrlə vaksinləşdirməyə çalışan, insanlar üzərində tibbi eksperiment keçirmək niyyətində olan bu “adamdan” hər şey gözləmək olar. Ehtiyatlı olun!
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024