Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-08-2016, 13:32)
“Səfər Sığortası” yarasız çıxdı – “Atəşgah” sığortadan şikayət

ateshgah

“Mən, Abdıyev Samir Musa oğlu, 17-21 iyul tarixlərində ailəmlə birlikdə Türkiyənin Antalya şəhərində istirahət etmişəm. İstirahətin ilk günü – 17 iyulda axşam saatlarında biz oteldə olarkən oğlum Abdıyev İbrahim Samir oğlunun qəfil hərarəti qalxdı. “Atəşgah” Sığorta Şirkəti tərəfindən “Səfər Sığortası” ilə sığortalı olduğumuzdan Sığorta müqaviləsində qeyd edilən Servis mərkəzi ilə əlaqə saxladıq. Lakin ordan bizə bildirdilər ki, qeyd edilən ES7628 saylı sığorta müqaviləsinin qüvvəyə minmə tarixi texniki səhv nəticəsində sistemə 17.07.2015-ci il tarixdən deyil, 21.07.2015-ci il tarixdən etibarən işlənilmişdir”.

Mediatv.az xəbər verir ki, bunları vətəndaş Samir Abdıyev “AzPolitika”ya şikayət məktubunda yazır. Şikayətçi deyir ki, sığorta şirkətindən yenidən əlaqə saxlayacaqlarını vəd ediblər. Lakin zəng vurmayıblar.

“Uşaq narahat olduğundan mən yenidən Servis mərkəzi ilə əlaqə saxladım. Bu dəfə Servisin əməkdaşı mənimlə mənim ilk zəngimi unutmuş kimi davrandı. Mən yenidən özümü təqdim etdim və baş vermiş hadisəni bir daha izah etdim. Lakin Servisin əməkdaşı israrla mənim müqaviləmin sistemə səhv işləndiyini deyərək, məndən sığorta müqaviləsini elektron şəkildə mail vasitəsi ilə onlara təqdim etməyimi istədi. Mənim isə hərarəti yüksək olan uşağı oteldə qoyub, tanımadığım bir şəhərdə həmin müqaviləni elektron versiyaya çevirmək üçün nə vaxtım, nə də imkanım yox idi. Ona görə də uşağı xəstəxanaya özüm aparmalı oldum və ödənişini edərək müayinə etdirdim. Səhərisi gün yenidən uşağın hərarəti qalxdı və biz yenidən otelin nömrəsi vasitəsi ilə Servis mərkəzi ilə əlaqə saxladıq. Onlar isə sığorta müqaviləmiz etibarsız olduğundan yalnız ödənişli həkim göndərə biləcəklərini söylədilər və mən başqa çarəm olmadığı üçün buna məcburən razılaşdım.
Qeyd edim ki, mən həmin vaxt “Atəşgah” Sığorta Şirkətinin Bakı ofisinin 940 saylı qaynar xətti vasitəsi ilə də əlaqə saxlasam da, onlar qeyri iş günü olduğundan mənə heç bir köməklik edə bilməyəcəklərini bildirdilər. Eyni zamanda mən səfərdə olarkən Servis mərkəzinin mail ünvanına dəfələrlə məktub yazsam da, onlar mənə rəsmi cavab vermədilər”.

S.Abdıyev deyir ki, istirahətdən qayıtdıqdan sonra çəkdiyi xərclər “Atəşgah” Sığorta Şirkəti tərəfindən ona ödənilsə də, bununla razılaşmayaraq Məhkəməyə müraciət edib. “Nəsimi Rayon Məhkəməsi mənim xeyrimə 300 (üç yüz) AZN mənəvi təzminat ödənilməsi barədə qərar çıxardı”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025