Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-04-2015, 12:01)
“Buta Sığorta”dan yazımıza cavab gəldi

 

“Buta Sığorta”dan yazımıza cavab gəldi.yazını olduğu kimi təqdim edirik.

Saytınızda yerləşdirilmiş Sığortaçı niyə “canlı etibarnamə”yə inanmır? adlı məqalə “Buta Sığorta” ASC-nin işgüzar nüfuzuna və biznes imicinə zərbədir. Bununla bağlı  şirkətimizin aşağıda qeyd edilən mövqeyinin dərc edilməsini xahiş edirik:

07.08.2014-cü il tarixdə “Buta Sığorta” ASC ilə Əliyeva Nailə Məhərrəm qızı arasında MI-P-140244-B02 saylı “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” şəhadətnaməsinin imzalanması yolu ilə sığorta müqaviləsi bağlanmışdır.

Tərəflər arasında razılaşmaya əsasən müvafiq sığorta haqqı müqabilində sığorta müqaviləsində sığorta olunan qismində müxtəlif variantlardan biri tanına bilərdi.

“Buta Sığorta” ASC ilə Əliyeva Nailə Məhərrəm qızı arasında 07.08.2014-cü il tarixdə bağlanmış sığorta müqaviləsinə əsasən isə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sığortalı tərəfindən etibarnamə əsasında səlahiyyətləndirilmiş hər hansı bir şəxs sığorta olunan (avtomobili idarə edən şəxs) kimi tanınmışdır.

Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası üzrə Sığorta Qaydalarının 16.1 və 16.1.1-ci maddələrinə əsasən Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin olduğu hallar istisna olmaqla, nəqliyyat vasitəsinin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığorta təminatı verilmir.

Göründüyü kimi, sığortalıya məxsus nəqliyyat vasitəsini hər hansı bir şəxsə (özünün iştirakı ilə) idarə etmək qadağan edilməmişdir və sığorta şirkətinin bunu etməyə hüququ yoxdur. Sadəcə olaraq sığorta müqaviləsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sığortalı tərəfindən etibarnamə əsasında səlahiyyətləndirilməyən şəxslər tərəfindən idarə olunmasına sığorta təminatı verilməmişdir. Bu şərt ikitərəfli imzalanan sığorta şəhadətnaməsində öz əksini tapmışdır. Bu o deməkdir ki, avtomobil “canlı etibarnamə” ilə idarə edilən zaman baş vermiş hadisələrə görə sığorta təminatı verilmir.

MI-P-140244-B02 saylı “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” şəhadətnaməsi ilə sığortalanmış Hyundai IX35 markalı, 90 UK 806 dövlət qeydiyyat nişanlı minik avtomobilini Namazov Məcid Məhərrəm oğlu idarə edərkən 19.03.2015-ci il tarixində saat 22:15 radələrində Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində qəzaya uğramışdır.

Hadisəsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Namazov Məcid Məhərrəm oğlu yuxarıda qeyd edilən nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı bir sənəd (notariat qaydada təsdiq edilmiş yazılı etibarnamə) olmadan idarə etmişdir.       

Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsini və “Fiziki şəxslərin sahibliyinə olan minik avtomobillərinin tam sığortası qaydaları”-nı, sığorta şəhadətnaməsini rəhbər tutaraq baş vermiş hadisə üzrə “Buta Sığorta” ASC-nın öhdəyili yaranmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025