Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 09:36)
Köhnə “ab-hava” dağıdılmır: Maliyyə-İqtisad Kollecində imtahan ədaləti sual altındadır

 
Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov son illər ali təhsil sistemində imtahanların şəffaf keçirilməsi, qiymətləndirmədə obyektivliyin qorunması istiqamətində ardıcıl mövqe nümayiş etdirir. UNEC-də tətbiq olunan elektron imtahan mexanizmləri, nəzarət tədbirləri və ictimai hesabatlılıq cəmiyyət tərəfindən də müsbət qarşılanır. Lakin təəssüf ki, bu islahat ruhu Azərbaycan Dövlət İqtisad Universiteti-nin nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində hələ də tam bərqərar olmayıb.
Mediatv.az-ın redaksiyasına daxil olan müraciətdən aydın görünür ki, kollecdə illərdir formalaşmış köhnə “ab-hava” qorunub saxlanılır və bu, xüsusilə imtahan proseslərində özünü açıq şəkildə büruzə verir.
 
Daxil olan məlumatlarda bildirilir ki, kollecin tədris hissə müdiri İlham Abbasov imtahanlar ərəfəsində bəzi tələbələrin,özünün şəxsi maraqlarına uyğun olaraq imtahanqabağı giriş ballarının süni şəkildə artırılmasına nail olur. Bu cür hallar ali və orta ixtisas təhsili sistemində bərabərlik prinsipini, akademik dürüstlüyü və qanunvericiliyin tələblərini kobud şəkildə pozur.
Söhbət artıq sadəcə daxili intizam pozuntusundan deyil, təhsildə korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və təhsil hüququnun tapdanması kimi ağır hüquqi məsuliyyət yaradan əməllərdən gedir. Bu isə nəinki kollecin, ümumilikdə dövlət təhsil siyasətinin nüfuzuna ciddi zərbə vurur.

  Görəsən rəhbərlik bu cür hallardan xəbərdardırlarmı?
Xəbərdarlarsa, niyə indiyədək qarşısı alınmayır?
Yox əgər xəbərsizdirlərsə, bu qədər açıq iddialar necə nəzarətdən kənarda qala bilib?
 Bir tərəfdən şəffaflıqdan danışıb, digər tərəfdən köhnə “alverçi” imtahan ənənələrinə göz yummaq cəmiyyət üçün qəbulolunan deyil.
Redaksiya olaraq mövzunu diqqətdə saxlayırıq və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


  Mediatv.az шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026
22 01 2026