İqtisadiyyat (22-01-2015, 13:46)
Azərbaycanda avtomobil sığortası bahalaşacaq
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə sığorta tarifləri artırıla bilər.
“Mediatv.az” Fins.az-a istinadən xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin şöbə müdiri Mahir Abdullayev bildirib. Onun sözlərinə görə, 2015-2017-ci illərdə sığorta bazarının inkişafı ilə bağlı Tədbirlər Planında avtomobillərin icbari sığortası üzrə sığorta məbəğlərinin artımı nəzərdə tutulur: «Sığorta məbləğləri də sığorta haqları ilə birbaşa bağlı olduğuna görə, bu artımı təmin etmək üçün sığorta tariflərinin artımı da baş verə bilər”.
Xatırladaq ki, Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planında sığorta bazarını inkişafı ilə bağlı ciddi yeniliklər nəzərdə tutulub.