Cəmiyyət / Slayd (27-10-2015, 17:14)
Xəyanətkar generalın aqibəti...
General-mayor Nizami Talış oğlu Şirinov üçün həbs qəti imkan tədbiri seçildiyi bildirilir
Məşhur politoloq Rövşən Novruzoğlunun MTN və onun bir qolu olan hərbi əks-kəşfiyyatında baş verənlərlə çapa hazırlanan bədii sənədli romanından...
Məlumatlı mənbələr qeyd edirlər ki, MTN-də baş verən olaylar gündən-günə dərinləşir, vətənə millətə xəyanət edən zabitlər kimliyindən asılı olmayaraq öz iş yerlərini tərk edir, vəzifələrindən qovulurlar. Bildirilir ki, MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə başçılıq edən və aldığı rüşvətə görə əsgər və zabitlər arasında "kassir general" kimi tanınan general-mayor işdə buraxdığı kobud, bağışlanılmaz səhvlərini təhlükəsizlik üzrə yetişmiş kadrların qeyd-şərtsiz, böhtan və yalanla təhqir edilərək işdən uzaqlaşdırıldığına görə, ölkənin qoşun bölgələrində əsgər və zabitlər arasında rüşvət səpdiyinə və onlarda ölkə başçısına qarşı tabesizlik yaradan, general-mayor Nizami Talış oğlu Şirinov nəhayət tutduğu vəzifədən uzaqlaşdırıldı. Azərbaycan millətinə qarşı anormal mövqe tutan, onun ləyaqətli oğul və qızlarını təhqir edən, şəxsən Eldar Mahmudova "sədaqət andı" içən və onun himayəsi ilə 2 dəfə xidməti uyğunsuzluqla işdən qovulan (qeyd edək ki;sonuncu dəfə 1998-ci ildə rüşvətə görə Ulu Öndər tərəfində qovulmuşdur) və 2004-cü ildə yenidən vəzifəyə qaytarılan Nizami Şirinov üçün artıq həbs qəti-imkan tədbirinin də seçildiyi ehtimal olunur. Qeyd edək ki, Nİzami Talış oğlu Şirinovun əməlləri araşdırılanda məlum olub ki, o idarənin əməkdaşlarından, polkovnik-leytenant Elcan Abdullayevdən, Elman Tahirovdan, Zahid Qəniyev, Dəyanət Məmmədov, Vüqar Bəxtiyarov və başqalarında ibarət "Cinayətkar qrup" yaradaraq, Müdəfiə Nazirliyi və digər qoşun kontingentində "Ədalət və ləyaqət" prinsiplərini pozaraq orduda vəzifə və səlahiyyət alış-verişinə rəvac vermişlər. Tikinti hərbi məktəbini bitirən "Kəşfiyyat" generalı Nizami Şirinov bilavasitə tutduğu mövqedən istifadə edərək bir neçə xarici ölkədə (o cümlədən Almaniyada, R.F-da, Xudatda klinika, Nabranda şəxsi villalar, İstanbulda klinika, supermarketlər) əmlaklar almış, idarənin 70 nəfərdən artıq təhlükəsizlik zabitlərinin vaxtsız işdən qovulmalarına səbəb olmuşdur. Eİdar Mahmudov tərəfindən qorunan, mənəvi cəhətdən kollektivin gözündən düşən general N.T.Şirinovla bağlı məlumata görə Türkiyənin "İstihbarat" təhlükəsizlik nazirliyinin arayışı hazırlanır. Qeyd olunur ki, N.Şirinov həmçinin öz səlahiyyətlərindən istifadə edərək köməkçisi Mehman Hadıyev, baldızı oğlu Emin Musayev, Nazirin köməkçisi Vuqar Mahmudov və Vuqar Allahquliyev, Elman Tahirov, Elcan Abdullayevlə (sonradan N.Ş-ya 300 min pul atdığı üçün düşmən oldular və pensiyaya göndərildi) əlbir olaraq "N" saylı hərbi hissəyə çağırış zamanı 1000 nəfərə yaxın əsgərin hər birindən 10-40 min manata qədər pul alıb MTN hərbi hissəsinə əsgər kimi gətirirdilər. İldə təxminən 15 milyon təkcə bu sahədən pul götürürdü. Əsgərlər "N" saylı hərbi hissəyə sonra düşdükdən vəzifədən azad edilən general-mayor Vuqar Allahquliyev həmin əsgərləri general-mayor Nizami Şirinovla birlikdə hər birindən orta hesabla 10-25 minə qədər alaraq sakit obyektlərə paylaşdırırdılar.
N.Şirinovun cinayətləri bununla da bitmir.O, bütün tenderlərdən, ətdən, kartof-soğandan kibritdən, geyim əşyalarından, hərbi hissələrdən, korpuslardan, hər bir çöpdən faiz alırdı.General-mayor N.Şirinov həmçinin vəzifə səlahiyyətlərini aşaraq bütün generalların dinlənməsində şəxsən iştirak etmiş, o cümlədən ölkənin biznes sahiblərinə qarşı amansız mövqe tutmuşdur. Məsələn o, son aylar Asif Tağıyev adlı iş adamını müflis etmiş, bütün əmlakını, sərvətini, maşınını əlindən alaraq onu həbs etdirməyə çalışmışdır.Tənha qalan iş adamı nəticədə ictimaiyyət qarşısında özünü intihara cəhd etmişdir. İş adamı Asif Tağıyev nəticədə ölkənin Hərbi Prokurorluğuna, Prezident Administrasiyasına mürəciət etmişdir. Deyilənə görə Hacı adlı şəxs də eyni aqibəti yaşamış, Nizami Şİrinov onun əmlakını əlindən almış və o canını qurtarmaq üçün Amerikaya qaçmışdır. Bununla bağlı da Hərbi Prokurorluqda cinayət işi vardır.
Nizami Şİrinov 2014-cü ildə Lənkəranda dostunun oğlanları olan 2 qardaş əsgəri öz şöbəsinə salmışdır. Sonradan 2 qardaş əsgər 16 yaşlı körpə qızı şöbəyə gətirərək təcavüz etmiş və qızı ləkələmişdilər. N.Şirinov həmin cinayəti ört-basdır etmək üçün qardaşlardan 100 mindən yuxan pul almışdır. Həmin qız Respublika Hərbi prokuroruna şikayət etmiş, lakin N.Şirinov tərəfində istİntaq aparılmasına imkan verilməmişdir. Həmin cinayət işləri bu gün də açıq qalmaqdadır. Qız buna dözməyərək MTN qarşısında üzərinə benzin tökərək özünü yandırmış və həlak olmuşdur. Artıq Nizami Şirinovla bağiı yaradılmış istintaq qrupu daha ciddi məlumatlar əldə edirlər.
"Xeberinfo.com"