Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (20-10-2015, 12:44)
MTN-nin daha bir generalının həbs olunma təhlükəsi var!

MTN-nin daha bir generalının həbs olunma təhlükəsi var!

 

Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Nizami Şirinov artıq  nəzarətdədir

Mediatv.az “Xeberinfo.com”a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyində həbs dalğasının davam edəcəyi ilə bağlı məlumatlar özünü doğrultmaqdadır. Həm də aşağı rütbəli deyil, yüksək vəzifə sahiblərinin-generalların həbsi davam edəcək. Redaksiyamıza Milli Təhlükəsizlik Nazirliyinin daha bir generalının nəzarətə götürülməsi ilə bağlı məlumat  daxil olub. Məlumata görə  Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Nizami Şirinov artıq nəzarətdədir... O sabiq nazirə yaxınlığı ilə seçilməklə, küllü miqdarda maliyyə maxinasiyalarının iştirakçısı və bəzi hallarda rəhbərlik edəni olub. Təkcə bir fakt: “xeberinfo.com”a daxil olan məlumata görə idarə üçün inzibati binanın tikintisi prosesində onun tərəfindən 8 milyon manat mənimsənilib. İş icraçısı Hacı adlı şəxs isə bugünə qədər də haqqına sahib ola bilmir.

Məlumata görə nəzarətə götürüldüyündən duyuq düşən general ayın 19-da gecə saat 3-də xidməti otağından bütün lazımı əşyalarını çıxarıb. Hətta bu əşyaların 3 maşınla aparıldığı da deyilir. Bundan sonra isə onunla bağlı ən yüksək instansiya məlumatlndırılıb və anındaca da qərar qəbul olunub. Artıq general-mayor Nizami Şirinov nəzarətdədir.

Xatırladaq ki, Nizami Şirinov Eldar Mahmudovun kadrı sayılır və onun təqdimatı,  cənab prezidentin 27 mart 2007-ci il tarixli sərəncamı ilə bu rütbəyə yüksəlib. Bu təyinatdan əvvəl isə o polis orqanında sıradan zabit olub. Təyinatının ilk günlərindən o rəhbərlik etdiyi idarədə 69 təcrübəli çekisti qanunsuz olaraq işdən çıxarıb. Görünür bu çekistər Nizami Şirinov kimi diletant idarə rəisinin kerçəkləşdirməyə planlaşdırdığı özəl maraqlarının qurbanı olublar. Onun idarəçilkidə qeyri-peşəkarlığı ilə bağlı çoxlu məlumatlar var.

Cənab Şirinovla bağlı əldə etdiyimiz digər məlumatlar isə onun var-dövlət hərisliyi ilə bağlıdır. Məlumata görə ölkə daxilindən əlavə generalın Almaniyada və Türkiyədə topdağıtmaz daşınmaz əmlakları var. Türkiyədəki villasının isə yüksək qiymətə terrorçu qruplardan birinə kirayə verildiyi də deyilir. Bu səbəbdən də Nizami Şirinovun Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) da nəzarətində olduğu məlumdur. Bu haqda qardaş ölkə mətbuatında da xəbərlər səslənib.

Daşınmaz əmlak silsiləsindən başqa, Nizami Şirinovun bahalı maşınlar kolleksiyası haqqında da məlumatlar var. Bu kolleksiyada ən bahalı son model maşınlar yer alıb...      

Qarşı tərəfi də dinləməyə hazırıq.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024