Gündəm (26-10-2015, 12:08)
Bir həftə ərzində MTN-dən 9 general uzaqlaşdırıldı – Adlar
MTN-də Eldar Mahmudovun yaxın adamlarının vəzifədən kənarlaşdırılması prosesi davam edir. Dünən sabiq nazir Eldar Mahmudovla qohumluq əlaqəsi olan və MTN-də çox mühüm bir vəzifə tutan daha bir general – MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Ədalət Əsədullayev də vəzifəsindən uzaqlaşdırılaraq, sərəncama götürülüb.
Mediatv.az-ın məlumatına görə, artıq son bir həftə ərzində vəzifələrindən çıxarılan generalların sayı 9-a çatıb.
İndiyədək vəzifələrindən uzaqlaşdırılan generalların siyahısı:
1. Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov;
2. MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev;
3. MTN-in Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova;
4. MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov;
5. Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov;
6. Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov;
7. Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev;
8. MTN-in Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev;
9. MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Əsədullayev…
Strateq.az-ın məlumatına görə, yaxın günlərdə MTN-in daha bir neçə generalının da vəzifələrindən çıxarılaraq istintaqa cəlb ediləcəkləri, hətta bəzilərinin həbsə atılacaqları gözlənilir.