Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-10-2015, 14:41)
Oqtay Şirəliyev psixoloqlarla bağlı əmr verdi

Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrində klinik psixoloqların fəaliyyəti ilə bağlı əmr imzalayıb.

Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, ölkədə psixi sağlamlıq xidmətlərinin təşkil edilməsi üçün klinik psixoloqların tibb müəssisələrində çalışması əmrlə tənzimlənib.

Belə ki, insanlar xəstəliklər zamanı təkcə fiziki baxımdan deyil, eyni zamanda müxtəlif psixoloji problemlər və emosional halətlərlə qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi şəxslərin psixososial adaptasiya imkanlarını genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin, şəxsiyyətlərarası münasibətlər sferasının və s. qiymətləndirilməsi və psixoloji müdaxilənin təşkil edilməsi onun həyat keyfiyyətlərini yüksəldəcək.

Psixoloqlar eyni zamanda müxtəlif psixoloji müayinə üsulları ilə yardım göstərirlər. Məsələn, hansısa ağır və xroniki xəstəliklər zamanı təkcə farmakoloji müalicə deyil, həmçinin psixoloji müdaxilə təşkil olunmalıdır.

Psixoloji problemlər təkcə psixi xəstəliklər zamanı rast gəlinmir. Belə ki, gündəlik həyat şəraiti zamanı bəzən biz gözlənilmədən krizis vəziyyəti ilə üzləşə bilərik. Bu zaman psixoloqların xidməti əvəzsizdir. Beynəlxalq tədqiqatlar göstərir ki, ağır və xroniki xəstəliklər zamanı əsas müalicə ilə yanaşı psixoterapiya da aparılarsa, nəticə daha uğurlu olur.

Elmi Tədqiqat İnstitutlarında, tibb mərkəzlərində, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Perinetal Mərkəzində Səhiyyə Nazirliyi tərəfindən psixoloq ştatı açılacaq və klinik psixoloqlar burada fəaliyyət göstərəcək. Bu müəsissələrdə psixoloqların fəaliyyət göstərməsi ilə müalicəyə müasir və hərtərəfli yanaşma həyata keçiriləcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024