Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-04-2014, 17:49)
Oqtay Şirəliyevdən ana ölümü ilə bağlı xəbərdarlıq

"Həkimlik çətin, ağır peşədir. Bu sənəti seçənlər bilməlidirlər ki, ağır xəstəsi də olacaq, gecə zəngləri, çətinlikləri də. Biz bunların hər birinin öhdəsindən layiqincə gəlməliyik”.

Mediatv.az-ın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin Bərdədə keçirilən səyyar kollegiya iclasında çıxışı zamanı deyib.Nazir bu gün insanların səhiyyə sahəsində çalışan, əyninə ağ xalat geyinən hər bir şəxsdən xüsusi qayğı, diqqət gözlədiyini bildirib. O, Azərbaycanın bütün regionlarında insanların bu cür diqqət və qayğı ilə əhatə olunması üçün hər bir şərait yaradıldığını vurğulayıb: "Hazırda Bərdə Müalicə Diaqnostika Mərkəzinə gün ərzində 400-ə qədər insan müraciət edirsə, deməli, həqiqətən əhalinin yüksək səviyyəli səhiyyə xidməti ilə əhatə olunması üçün burada hər cür şərait var. Həmin insanlar vaxtilə sadə bir müayinə və ya əməliyyat üçün Bakı şəhərinə üz tuturdular. İndi isə burada ağır, çətin əməliyyatlar aparılır. Bir sözlə, təkcə şəhərlərimizdə deyil, bütün ölkədə səhiyyə inkişaf edir ”.

 

Uğurlarla yanaşı, problemlərin, müəyyən neqativ halların da olduğunu diqqətə çatdıran səhiyyə naziri tibb işçilərinə insanlarla münasibətdə diqqətli olmağı tövsiyə edib. O.Şirəliyev həkimlərin, tibb bacılarının mütəmadi olaraq kurslarda iştirakının, daim öz bilik və bacarıqlarını artırmalarının önəmini də dilə gətirib. Ana ölümü hadisələrinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsinin zəruriliyini qeyd edən nazir tibb işçilərinin sertifikasiyasını, rezidentura təhsil sisteminin tətbiqini yüksək səviyyəli kadrlar yetişdirilməsi və tibb işçilərinin biliklərinin artırması baxımından önəmli fakt kimi vurğulayıb.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024