Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-10-2015, 19:15)
Elşad Babayevin öldürüldüyü türmənin rəisinin rütbəsi artırıldı


 

Məhkum ölümünün üzərindən Əli İbrahimova növbədənkənar polkovnik rütbəsi veriblər

 

Mediatv.az-ın məlumatına görə, Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimovun rütbəsi artırılıb. Redaksiyamıza daxil olan məlumata görə, Ə.İbrahimova növbədənkənar polkovnik rütbəsi verilib. Ə.İbrahimova rütbə verilərkən hansı meyarların əsas götürüldüyü bəlli deyil. Bilinən odur ki, onun rəhbərlik etdiyi cəzaçəkmə müəssisəində qalmaqallı ölüm olayları baş verib.
Ötən il dekabrın 22-də İbrahimovun rəis olduğu 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin dəhşətli işgəncələrdən sonra dünyasını dəyişmişdi. Məhkumun öldürülməsi müəssisədə saxlanılan məhkumların kütləvi etirazına səbəb olub. 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüblər. Onlardan 11 nəfəri “tubzon”na köçürülərək orada çox ağır işgəncələrə məruz qalıblar. Bir çox məhkumlar isə olaydan sonra Məhkumların Müalicə Müəssisəsinə köçürülüblər. Onlardan biri də Elşad Babayevin işi üzrə əsas şahid olan Yadigar Nuriyev idi. Bu ilin avqustunda redaksiyamızla əlaqə saxlayan Yadigar Nuriyev Elşad Babayevin ölümünə yol açan vəhşicəsinə döyülməsi səhnəsi haqda gördüklərini deməkdən çəkinmədiyini, istintaqa dediklərini açıq şəkildə ictimaiyyətə çatdırmaq istədiyini söyləmişdi. Fikirlərinin həyatına təhlükə yarada biləcəyini nəzərə alıb adı çəkilmədən çap edə biləcəyini söyləmişdik. Lakin məhkumun israrından sonra onun fikirlərini həqiqətin üzə çıxması ümidi ilə çap etmişdik. Bundan az sonra Y.Nuriyev saxlanıldığı Məhkumların Müalicə Müəssisəsində “həddindən artıq qəbul olunan dərman preparatlarından zəhərlənməməsi”ndən dünyasını dəyişdi.  
Yadigar Nuriyevin fikirləri “Yeni Müsavat”ın 26 avqust 2015-ci il tarixli sayında “Öldürülən məhkumun işindəki ilginc ifadə üzə çıxdı” başlığı, “Məhkum Yadigar Nuriyev: “Mən içəri girəndə təpik, dubinka... daha nə ilə vurmurdular onu" yarımbaşlığı altında dərc olunmuşdu.
11 məhkumun yaxınlarının, Elşad Babayevin bacısının Ə.İbrahimovdan biləvasitə şikayətçi oduğu  bir vaxtda ona rütbə verilməsi rəhbərliyi altında olan cəzaçəkmə müəssisəsində yeni özbaşınalıqlara yol açacağı şübhəsizdir. 
Bundan başqa, Ə.İbrahimovun adı beynəlxalq təşkilatlara işgəncələrlə bağlı təqdim olunan hesabatlarda yer alır. Ötən il “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” hesabatının təqdimatını keçirib. 12 bölümdən ibarət olan bu hesabatda məhbuslara işgəncə verən vəzifəli şəxslərdən 21 nəfərinin adları yer alıb. Siyahı üzrə 18-ci Əli İbrahimovdur.  
Qeyd edək ki, E.Babayevin ölümündən sonra Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Elşad Babayevin işgəncələrlə öldürülməsini Qaradağ Prokurorluğunda məhz belə qiymətləndirmişdilər. Sonradan iş Qaradağ Prokurorluğundan alınaraq Bakı Şəhər Prokurluğuna verilmişdi. Lakin burada da işin obyektiv istintaqı təmin olunmamışdı. Buna görə də iş daha yüksək instansiyada istintaq edildi. Baş Prokurorluqdakı araşdırmalar nəticəsi də digərilərindən fərqlənmədi. Bu baxımdan  Ə.İbrahimova rütbə verilməsini Elşad Babayevin döyülərək, dəhşətli işgəncələr verilərək öldürülməsi, iş üzrə əsas şahid olan Yadigar Nuriyevin müəmmalı ölümünün  məntiqi davamı hesab etmək olar. /musavat.com/
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024