Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (9-01-2015, 16:28)
14-cü kolonda nə baş verir?

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 14 saylı Cəzaçəkmə Müəsisəsində baş verənlər, məhbusların işgəncəyə məruz qalması, onların “kars”-a salınıb, “Tubzon”-a göndərilməsi, ailələrindən gizlədilməsi ilə bağlı bəyanat yayıb. 

 

“Mediatv.az”-a daxil olan məlumatda qeyd olunur ki, 22 dekabr 2014-cü ildə 14 saylı CÇM-də məhkum Elşad Babayevin işgəncə verilərək qətlə yetirilməsindən sonra adı çəkilən müəsissədə vəziyyət bu gün də gərgin olaraq qalır: “Baş vermiş cinayətin üstünü açmaq, cinayəti törədənləri məsuliyyətə cəlb etmək əvəzinə qətlə yetirilmiş dustaq yoldaşlarına həmrəylik nümayiş etdirən məhbusların dekabrın 26-dan başlayaraq vəhşicəsinə döyülərək onlara işgəncə verilməsi davam edir. 

Həmin dustaqların bir qismi Rza Ağalı, İlham Hətəmov və digərləri 14 saylı CÇM- də "kars"- a salınıb. Araz Quliyev, Anar Qasımlı, İsa Yaqubov daxil olmaqla 10-dan artıq məhbus Vərəm Dispanseri olan, "Tubzon" deyilən yerə aparıblar. 

Həmin dustaqlardan bu günə qədər heç bir xəbər yoxdur. Valideynlərin onlarla görüşməsinə belə imkan verilmir. Ailə üzvlərinin verdiyi məlumata görə adı çəkilən məhkumlar sağlam olublar, vərəm və xəstəliklərdən indiyə qədər heç bir şikayətləri olmayıb. Onların “Tubzon”-a aparılması həmin məhbuslara verilən işgəncələri ört-basdır etmək üçündür.

14 saylı CÇM- də baş verənlər, dustağın döyülərək öldürülməsi, cinayətin üstünü açmaq əvəzinə digər məhbuslara ağır işgəncələr verilməsi, onların gizlədilməsi, öz ailə üzvləri ilə təmas qurmasına, görüşməsinə imkan verilməməsi böyük qanunsuzluq, insanlıq adına utanc və biabırçılıqdır.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı məhbusların saxlandığı yerlərə, həbsxanalara maneəsiz giriş imkanına malik olan qurumlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT- in Bakı ofisinə, Ombudsman Aparatına, Ədliyyə naziri yanında İctimai Komitəyə, hüquq müdafiəçilərinə müraciət edərək onları 14 saylı CÇM- nin cərimə otağında (“kars”- da) Vərəm Dispanseri olan, "Tubzon" deyilən yerdə saxlanan dustaqlarla görüşüb onların sağlıq durumu və onlara olan münasibəti öyrənməyə, diqqətdə saxlamağa çağırır.

Biz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin insanlıq və din adına həqarət olan 14 saylı CÇM- də baş verənlərlə bağlı öz nüfuzundan istifadə edərək müdaxilə etməsini, dustaqların həyatı üçün yaranan təhlükənin aradan qaldırılması üçün hörmətli şeyxi müvafiq addımlar atmağa çağırırırq. Təəssüflə qeyd etmək lazımdır ki, 14 saylı CÇM- də təzyiqlərə, zorakalıqlara, işgəncələrə məruz qalan dustaqların böyük bir qismi oruc tutub namaz qılan din adamlarıdır. 

Alyans həbs yerlərində məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması, məhbuslara qarşı qanun çərçivəsində münasibət göstərilməsini, zorakılığa və qanunsuzluğa yol vermiş Penitensiar Xidmət əməkdaşları haqqında ölçü götürülməsini tələb edir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024