Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-10-2015, 15:58)
Nazirin işdən çıxardığı korrupsioner müdirlərlə bağlı - AÇIQLAMA

 

Mədəniyyət və Turizm Nazirliyi qurumun bir neçə rayon şöbəsinin müdirinin korrupsiya faktına görə işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Mediatv.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Vüqar Şixəmmədovun AzNews.az-a açıqlamasında rayonların mədəniyyət və turizm idarələrində yoxlamaların aparıldığını təsdiqlənib: “İyul ayında nazirliyin baş komissiyası tərəfindən qeyd olunan rayon mədəniyyət və turizm şöbələrdində yoxlamalar aparılıb. Bir sıra idarələrdə nöqsanlar aşkarlanıb. Buna görə də nazirliyin təqdimatı ilə rayon icra hakimiyyəti tərəfindən onlar işdən azad olunub.Qərara görə, həmin rayonlarda çalışan bəzi əməkdaşlara da müvafiq töhmət verilib”. 

V.Şixəmmədov bundan əlavə həmin idarələrdə bir sıra dövlət qurumları tərəfindən maliyyə yoxlamalarının da aparıldığını vurğulayb: “Həmin yoxlama nəticəsində də müvafiq nəticələr əldə olunub”. 

Sektor müdiri xüsusi olaraq qeyd edib ki, yerli rayon mədəniyyət və turizm şöbələrinin idarələrinin maliyyə vəsaiti Mədəniyyət və Turizm Nazirliyindən deyil, həmin rayonların icra hakimiyyəti tərəfindən ayrılır. 

Xatırladaq ki, Musavat.com-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bir müddət əvvəl nazirliyin bir neçə rayon şöbələrinin müdirlərini vəzifədən kənarlaşdırması və bəzilərinə töhmət verməsi ilə bağlı məlumat dərc olunub. Şöbə müdirlərinin işdən çıxarılmasına səbəb olaraq, dövlət büdcəsindən ayrılan vəsaitlərin necə silinməsini əks etdirən sənədlərin üzə çıxması göstərilib. Məlumata görə, bununla bağlı işdən çıxarılanlardan biri də Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədovdur. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024