Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (7-07-2015, 18:09)
Nazirlik vəzifəli şəxslərini cəzalandırdı, bir neçəsini işdən qovdu

 

Azərbaycanda rayon mədəniyyət və turizm şöbələrinin əməkdaşları cəzalandırılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Mediatv.az saytına verilən məlumata görə, bu gün nazirliyin kollegiya iclasında şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Yevlax şəhər Mədəniyyət və turizm şöbəsinin müdiri İlqar Əhmədovun tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Şöbənin məsləhətçisinə, MKS-in, musiqi və incəsənət məktəbləri və muzeyin direktorlarına töhmət elan olunub və nöqsanların aradan aldırılması üçün onlara 3 ay vaxt verilib.

Nazir Əbülfəs Qarayev Ağdam və Cəlilabad rayon Mədəniyyət və turizm şöbələrinin fəaliyyəti ilə bağlı ciddi qüsurların qeyd olunduğunu bildirib.

Kollegiyanın qərarı ilə Ağdam rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olunub.

Cəlilabad rayon Mədəniyyət və turizm şöbəsinin müdiri İsa Allahverdiyevin işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyi qeyd edilərək tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024