Mədəniyyyət (29-01-2014, 19:21)
Ağstafada dövlət büdcəsinə şərik gedənlər kimdir? - TALAN VAR
DİA.AZ: - Hər il Ağstafa rayon Mədəniyyət və Turizm Şöbəsində külli miqdarda büdcə vəsaiti mənimsənilir. DİA.AZ xəbər verir ki, bu barədə Ağstafa rayonundan pia.az-a daxil olan məlumata görə, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Güngün Kərimov icra başçısı Məhərrəm Quliyevlə birləşərək adı çəkilən idarənin əli ilə hər ay dövlətin külli miqdarda vəsaitini talayırlar. Qeyd edək ki, Ağstafa Mədəniyyət və turizm Şöbəsinin nəzdində 3 şəhər, 37 kənd kitabxanası, 2 şəhər 23 Kənd klubu, 1 şəhər 11 kənd Mədəniyyət evi, 4 Muzey və 1 Musiqi Məktəbi fəaliyyət göstərir. Eyni zamanda Mədəniyyət və Turizm şöbəsində 500 dən çox işçi işləyir.
Məlumata görə hər il Ağstafa Mədəniyyət və Turizm İdarəsinə ayrılan yüzminlərlə manat vəsaitlər idarə müdiri tərəfindən təmir, avadanlıqların alınması adı altında silinərək mənimsənilir. Bildirilir ki, keçən il Mədəniyyət və Tursizm Şəbəsinə 300 min manat vəsait ayrılıb. Bu vəsait cari təmir, dəftərxana ləvazimatları, cari işlər, təsərrüfat malları, invertarlar və maşın avadanlıqlarının alınması adı altında sənədləşdirilib v əvə saitin böyük hissəsi mənimsənilib.
Məlumatda göstərilir ki, kəndlərdə fəaliyyət göstərən kitabxanalar və mədəniyyət evləri sadəcə formal xarakter daşıyır. Belə ki, bu kitabxanalarda və mədəniyyət evlərində işləyən işçilərin çoxsunun sadəcə adı var və bu «işçilərin» əmək haqqlarını şöbə müdiri ilə kitabxana müdirləri bölüşürlər. Mədəniyyət və Turizm İdarəsinin müdiri Güngün Kərimov ay ərzində təkcə əmək haqqından təxminən 20 min manatdan çox vəsait qazandığı göstərilir. Belə ki, «ölü canlardan» başqa işçilərə verilən əmək haqqından hər ay 10-15 manat kəsilir.
Bildirilir ki, idarə müdiri icra başçısı Məhərrəm Quliyevin adı ilə hər ay işçilərdən vəsait kəsməklə bərabər, həmdə idarənin bəzi işçilərinə artıq əmək haqqı yazdıraraq özünə götürür. Məlumata əsasən şöbə müdiri ən azı 50 nəfərə yaxın şəxsin adına əmək haqqı alır. Eyni zamanda adı çəkilən idarəyə işə girmək istəyənlər şöbə müdirinə 3 min manat verməklə «mədəniyyət xadimi» ola bilirlər. Son illər məhz rayon muzeylərinə, kitabxanalarına və musiqi məktəbinə xeyli sayda işçi qəbul olunduğu bildirilir.
Mənbə həmçinin idda etdi ki, Güngün Kərimovun qazanc mənbələrindən biridə 7 illik Ağstafa şəhər Musiqi Məktəbidir. Bu məktəbdə mədəniyyət sahəsində çalışan müəllimlərin dərs saatları şöbə müdiri ilə məktəb direktorunun səyi nəticəsində fantastik dərəcədə şişidildiyi göstərilir. Şişirdilən əmək haqqlarını isə şöbə müdiri ilə direktor bölüşürlər.
Bundan başqa Mədəniyyət və Turizm şöbəsinnin müdiri rayon maliyyə idarəsinin rəhbəri Vaqif Əkbərovla əlbir olaraq rayon büdcəsindən bir çox lazımsız tədbirlər adı alıtında il boyu külli miqdarda vəsaitlər ayıraraq ikilikdə mənimsədikləri bildirilir. Mənbə bildirir ki, Ağstafa rayon icra başçısı Məhərrəm Quliyev Mədəniyyət və Turizm Şöbəsinin müdirinin həyata keçirtdiyi maxinasiyalarla bağlı məlumatlara malik olsa da öz şəxsi marağı naminə susur. Yəni icra başçısı Güngün Kərimovun qazancından pay əldə etdiyi üçün bu maxinasiyalara göz yumur.