Cəmiyyət (21-10-2015, 15:18)
Eldar Mahmudovun qohumu işdən çıxarıldı
Dünən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri Beytulla Hüseynovun həbs olunması haqda xəbər vermişdik.
Mediatv.az-ın məlumatına görə, “Qafqazinfo”nun bu dəqiqələrdə əldə etdiyi məlumata görə, bu gün B. Hüseynov artıq vəzifəsindən azad olunub. Onun hazırda harada olması haqda məlumat yoxdur.
Məlumata görə Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifəyə gətirdiyi Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunur.
Qeyd edək ki, bu gün Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən Trend-ə B.Hüseynovun işə gəmədiyini bildirmişdilər.