Prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Mediatv.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.
Vəzifəsindən azad olunan nazirin yerinə kimin təyin olunduğu haqda prezident sərəncamı hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsinə prezidentin 23 iyul, 2004-cü il tarixli sərəncamı ilə təyin olunmuşdu.