Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-09-2015, 15:45)
Bəh-bəhlə reklam edilən "7HİLLS"də nələr baş verir? Pulların axırı necə olacaq?

Bəh-bəhlə reklam edilən "7HİLLS"də nələr baş verir? Pulların axırı necə olacaq?

Bakıda bəh-bəhlə reklam olunan şirkətlə bağlı narazılıq durmadan artır.

"7HILLS" MTK şirkətindən böyük umidlərlə mənzil alan Həsən adlı oxucu başına açılan oyun barədə Milli.Az-a yazıb: ""7HILLS" MTK şirkəti bizi, aldadılmış müştəriləri çıxılmaz vəziyyətdə qoyub. Şirkətin səmimiyyətinə, reklamlarına inanaraq Azərbaycan Beynəlxalq Bank-ının və Bank Technique-in daxili ipoteka-kredit müqaviləsi ilə bunlardan mənzillər almışıq, mənzil-kredit müqavilələrini imzalamışıq və bəzilərimiz 10.000 manat, 20.000 manat və daha çox ilkin ödənişi şirkətin bank hesabına köçürmüşük. Bank bu krediti ayıranda bizdən hətta iş yerindən arayış belə tələb etmədi və proses 10-15 dəqiqə davam etdi. Hazırda hər ay biz müştərilər bağladıqları müqaviləyə əsasən, 600-1500 manat banklara kredit ödəyirik".

Oxucu yazır ki, sonradan şirkətin əsl siması üçə çıxdı: "Mənzil müqaviləsi bağlanandan sonra şirkətin bizə verdiyi məlumata görə, mənzil sığortaları bir həftə ərzində bank tərəfindən hazır olub bizə veriləcəkdi. Biz cavanlar bu sığortaya inanıb mənzil almışdıq ki, əgər şirkət 4 il müddətində mənzili təhvil verməsə, verdiyimiz pullar tam şəkildə geri qaytarılacaqdı. 7-8 ay müddətində tikinti sahəsində heç bir iş görülmədi, qazıntı işləri aparılmadı və mənzil sığortaları müştərilərə verilmədi. Vəziyyəti belə gördüyümüzə görə "7HILLS"-in baş ofisinə dəfələrlə müraciət etdik, işin ləngiməyinin və sığortaların verilməməsinin izahatına görə. Hər dəfə bizə yalan, səhv və üst-üstə düşməyən cavablar verildi: "tikinti gələn həftə, o biri həftə başlayacaq. Sığorta tezliklə olacaq və sair". Sonda bizə verilən məlumat isə çox çıxılmaz vəziyyətə saldı. "Mənzil sığortaları verilməyəcək və tikintinin ləngiməyinin də səbəbi ABB-dır ki, bizim bank hesabımızı dondurub". Bu verilən cavaba əsasən, biz Azərbaycan Beynəlxalq Bank-ına dəfələrlə üz tutduq. Oradan bizə verilən məlumatlar isə bizi tam çaşdırdı: "Bank MTK-nın pullarını verib. Bizlik deyil". Problemdən yaxa qurtarmaq üçün "7HILLS"-dən indiyə kimi verdiyimiz pulların hamısını geri istədiyimizi tələb etdik və mənzillərin də özlərinə qaytarılmasını istədik. Hər birimizin adına olan kreditin bank tərəfindən rəsmi olaraq dayandırılmasını tələb etdik. Onların bizə verdiyi cavab da bu oldu: "Pulumuz yoxdur, bank bizə pul vermir. MTK nə vaxt ki bütün pulları geri qaytaracaq onda da kredit dayanacaq və kredit dayansa da, sizin hər ay verdiyiniz aylıq pulların faiz hissəsi və komision haqqı qaytarılmayacaq"".

MTK-dan Milli.Az-a bildirildi ki, kim evi istəmirsə, imtina ərizəsi yazmalıdır. Bundan sonra şirkət ilkin ödənişi hissə-hissə qaytarır. Əgər xırda məbləğdirsə, birbaşa ödənilir.  

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024