Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Dünən, 22:02)
Binəqədidə təhlükə saçan obyekt:Qanunsuz tikinti, susan qurumlar-VİDEO

 

Binəqədi rayonunda, Şah Abbas küçəsi ilə Dəyirman yolunun kəsişməsində, “777” tikinti malları mağazasının arxasında aparılan nəhəng tikinti işi ciddi suallar doğurur. Redaksiyamıza daxil olan məlumatlara görə, sözügedən tikinti qanunsuzdur və bu fakt təkcə şəhərsalma qaydalarının pozulması ilə məhdudlaşmır.
 Mediatv.az xəbər verir ki, tikinti aparılan ərazi Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan torpaq sahəsidir. Daha təhlükəlisi isə odur ki, obyekt fəaliyyətdə olan neft quyusunun bir neçə metrliyində inşa edilir. Bu isə həm təhlükəsizlik, həm də ekoloji baxımdan açıq-aşkar risk deməkdir.Məlum qanunvericiliyə əsasən, neft-qaz sənayesi obyektlərinin ətrafında mühafizə zonaları müəyyən edilir və həmin zonalarda hər hansı tikinti işi aparmaq qəti qadağandır. 

Bəs bu halda sual yaranır,Bu tikintiyə kim icazə verib?
SOCAR-ın balansında olan torpaq sahəsində hansı əsasla özəl tikinti aparılır?
Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Binəqədi Rayon İcra Hakimiyyəti bu prosesdən xəbərsizdir, yoxsa xəbərdar olub göz yumur?
 Ərazidə aparılan tikinti işlərinin miqyası onu göstərir ki, söhbət adi fərdi evdən yox, iri  obyekt tikintisindən gedir. Ağır texnika, beton konstruksiyalar və intensiv iş prosesi onu deməyə əsas verir ki, bu tikinti təsadüfi deyil və müəyyən “himayə” olmadan mümkün ola bilməz.
Unutmaq olmaz ki, neft quyularının yaxınlığında aparılan tikinti işləri partlayış, yanğın və insan tələfatı riski yaradır. Bu cür məsuliyyətsizlik təkcə qanunlara yox, həm də insanların həyatına meydan oxumaqdır.
İctimaiyyət haqlı olaraq cavab gözləyir,bu qanunsuz tikinti dayandırılacaqmı, yoxsa növbəti dəfə də fakt qarşısında susqunluq nümayiş etdiriləcək?
 Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətininhəyata keçrilməsi Qaydaları"nın 4-cü bəndinin və 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə əsasən icra hakimiyyətləri rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı, qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

 Mediatv.az 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
16 01 2026
16 01 2026
16 01 2026