Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-08-2015, 14:57)
Mərkəzi Bankdan kredit götürənlərlə bağlı yeni qarar

Mərkəzi Bankdan kredit götürənlərlə bağlı yeni qarar

 

Bundan sonra banklardan kredit götürən vətəndaşlar məcburi qaydada götürdükləri məbləğin beş faizi miqdarında "Həyat sığortası" ödəməli olacaqlar. Bu barədə məlumat aktual.az-a Mərkəzi Bankdakı mənbələrdən daxil olub.
Məlumatda bildirilir ki, bu gün səhər Mərkəzi Bank bununla bağlı ölkədə fəaliyyət göstərən banklara məktub ünvanlayıb.
Məktubda banklardan "Həyat sığortası" tətbiq etmək, bununla riskli ödənişləri aradan qaldırmaq tələb olunur.
İqtisadçı-ekspert Vüqar Bayramov isə açıqlamasında bu qərardan xəbərdar olduğunu deyib: "Bilirsiniz ki, son dövrlər banklarda maliyyə böhranı yaşanır. Vətəndaşların banklara ödəməli olduğu kreditlərdə gecikmələr yaranır. Bu da heç şübhəsiz, bank sektorunda böhranlı vəziyyətə gətirib çıxarır. Bu səbəbdən Mərkəzi Bank çıxış yolu olaraq "Həyat sığortası"nı tətbiq etmək qərarını verib. Artıq bu gündən sonra banklardan kredit götürən vətəndaşlar məcburi qaydada "Həyat sığortası" paketini almalı olacaqlar.
Əvvəllər vətəndaş bankdan kredit götürəndə yalnız bir faiz komisyon haqqı ödəyirdisə, artıq götürdüyü məbləğin beş faizi həcmində "Həyat sığortası" ödənişini etməyə məcbur olacaq. Misal üçün, 10 min kredit götürən şəxs əlavə olaraq 500 manat sığorta haqqı ödəyəcək. Bu qərar banklara imkan verəcək ki, müştəri vəfat etdikdə onun pulunu sığorta şirkətindən ala bilsin. Yəni bank verdiyi krediti bütün hallarda geri ala biləcək. Hesab edirəm ki, Mərkəzi Bankın qərarından sonra sığorta bazarında canlanma yaranacaq".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024