Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (1-09-2015, 09:55)
Xaləddin İsgəndərovun “bağça əməliyyatı”

Xaləddin İsgəndərovun “bağça əməliyyatı”

 

 

Mediatv.az İstiqlal.az-a istinadən xəbər verir ki Xaləddin İsgəndərovun Binəqədi rayonunda dayanmadan apardığı növbəti “kadr islahatları” uşaq bağçalarına da çatıb. İstiqlal.az-da daxil olan məlumata görə, bu dəfə növbə “köhnə qvardiya”dan qalan və Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 327 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Səfərova Xalidə Xudaverdi qızıdır. 
Mənbə bildirir ki, Bağça müdirəsinə istefa ərizəsini heç cür yazdıra bilməyən icra başçısı onun işçisini “iş başında yaxalatdırıb”. Belə ki, bağça işçilərindən birinin valideynlərdən rüşvət alarkən çəkilmiş videosunu əldə rəhbər tutan İsgəndərovun Xalidə Səfərovaya qarşı təzyiqlərini artırdığı bildirilir. Hansı ki, rüşvəti alan adamın X.Səfərova deyil, onun işçisi olduğu qeyd olunur. 
Hazırda bu fakt üzrə işi prokurorluq araşdırır. Çox maraqlıdır, X.İsgəndərov bəlağətli çıxışları zamanı bəyan edir ki, rayon sakinləri tərəfindən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə bəzi məktəb və bağçalarda neqativ halların olduğu barədə şikayətlər edilir. Hətta iş o yerə çatıb ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən rayon İcra Hakimiyyətinə sözügedən problemlə bağlı 10-dan çox müraciət daxil olub. Rayonun adının belə neqativ hallarda hallandığından təəssüflənən X.İsgəndərov niyə bütün rayon ərazisində tikintidən alınan “xərac”lardan olunan yüzlərlə şikayəti unudur. Və yaxud da Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi niyə bu şikayətlər barədə cənab İsgəndərovun Aparatına müraciət göndərmir?  Yox, əgər göndərirsə niyə Xaləddin İsgəndərov həmin faktları ictimailəşdirmir? Hətta bu günlərdə Binəqədi qəsəbə bələdiyyəsində baş verən və bir xanım jurnalist tərəfindən lentə alınan 500 manatlıq rüşvət hadisəsi belə hüquq-mühafizə orqanlarına qədər gedib çıxsa da rayonun icra başçısı yaxn kadrı – bələdiyyə sədri Aytac Əliyevanı israrla müdafiə etməkdə davam edir.   
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024