Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-05-2015, 15:50)
Xaləddinlə Isgəndərov olduğu kimi...

 

 

 

 

Yaxud, aparıcı saytın Binəqədinin icra başçısını “müqəddəsləşdirmək” müəmması

 

Tarixdən məlumdur ki, orta əsrlərdə xristian Avropası müsəlmanlara qarşı səlib yürüşü aparmışdır. Roma papasının fətvası ilə başlanılan bu yürüşün adı İsa peyğəmbərin doğma şəhəri Yerusəlimi başqa dinin mənsublarının əlindən azad etmək idisə,əslində əsas məqsəd Şərqdəki torpaqları işğal etmək idi.  O vaxt qərbli işğalçıların qarşısını  müsəlman sərkərdə Səlahəddin Əyyubi kəsə bildi. Artıq zəifləmiş xilafətin imkanlarını səfərbər edən Səlahəddin özünün iradi keyfiyyətlərinə, xarizmasına görə müsəlman qardaşları cihada qaldıra bildi. Və əlbəttə, əgər Səlahəddin zəif olsaydı, Müsəlman Dünyası çox şey itirərdi, yox əgər başqa dinlərə sayğısız olsaydı, Xristian Dünyası Qüdsdən tam məhrum olardı.

Söz yox, bütün bunları xatırlatmaqda məqsədimiz heç də hörmətli oxucularımıza tarix dərsi keçmək deyil, “Səlib yürüşü” ibarəsinin yeri gəldi-gəlmədi işlədilməsinin, işğalçıların və onları qarşılayan mücahidlərin indiki zamanda prototiplərinin axtarışında uğursuz səylərin altını cızmaqdır.  Və ən çox təəccübümüzə, təəssüfümüzə səbəb bu oldu ki, respublikanın nüfuzlu  və aparıcı kütləvi informasiya vasitələrindən hesab olunan “Xeberinfo.com” saytı Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu deyəsən Səlahəddin Əyyubi ilə müqayisə müstəvisinə gətirməyə çalışıb. Nəticə isə elə alınıb ki, saytda gedən “Xaləddin İsgəndərova qarşı “səlib yürüşü”” sərlövhəli yazını mübaliğə (şişirtmə) adlandırmaq belə olmur. Necə olubsa,kifayət qədər nüfuzlu “Xeberinfo.com” saytı Binəqədi RİH-nin başçısı X. İsgəndərovun haqqında bir sıra elektron və yazılı media orqanlarında gedən tənqidi yazıların guya ciddi bir səbəb olmadan sürətlə dövriyyəyə buraxılmasına diqqət yetirib və  bunun sağlam tənqid və yaxud icra başçısına qarşı qərəzli və planlaşdırılmış kampaniya olmasını aydınlaşdırmağa çalışıb. Yəqin bundan başqa sayt İsgəndərovun icra başçısı vəzifəsinə təyin olunmasından ötən qısa müddət ərzində  gördüyü işləri sadalayıb, onun həmkarlarının əksəriyyətindən daha çox yenilikçi olduğunu qabardıb. Həm də görün necə: “ Məsələn, Xaləddin İsgəndərovun yaşıl təpəciklər yaratması paytaxtın boz mənzərəsini dəyişdirmək istiqamətində atılmış uğurlu addım kimi qəbul edilə bilər. Bu yaşıl təpəciklər hasarlardan fərqli olaraq şəhərin simasını dəyişməklə yanaşı, eyni zamanda gələcəkdə həmin ərazidə dəyişiklik etmək üçün də əlverişlidir. Çünki, bahalı aqlay daşların istifadə olunduğu divarlar sökülərkən həmən materiallar xarab olur və istifadəyə yaramır. Ancaq torpaq təpəciklərin yolların genişlənməsi və başqa infrastuktur dəyişikliklər zamanı asanlıqla yerini dəyişmək olar. Bundan əlavə paytaxtın ekoloji probleminin həlli baxımından da bu təpəcikləri əhəmiyyətli saymaq olar”. Yazıdan götürdüyümüz bu sitatdan aydın görünür ki, məqalə müəllifi təriflədiyi yaşıl təpəciklərin uzunömürlü olacağına özü də inanmır, bu inamsızlığı ilə də bu gün milyonlarla xərc hesabına qurulub - yaradılanların günü sabah “təyinatı üzrə və səmərəli” silinəcəyi gözləntisinin olduğunu istər-istəməz büruzə verib. Nədənsə, aqlay daşların baha başa gəldiyini xüsusi vurğulayan sayt əsla xatırlamamışdır ki, yaşıl təpəciklərin ətrafını əhatələyən laklkanmış  taxta çəpərlər yayın istisinə, qışın şaxtasına çox duruş gətirə bilməyəcək. “Xeberinfo.com” əsla yada salmayıb ki, Binəqədinin başqa yerlərində həmin o bahalı aqlay daşlardan bəlkə də paytaxtın bir çox başqa rayonlarına nisbətən daha çox istifadə olunur və bütün bunların dalında böyük maliyyə vəsaiti durur,Bakının baş planı ilə razılaşdırmadan dövlətin milyonlarla vəsaiti göyə sovrulur.   Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova qarşı guya məqsədli şəkildə aparılan gözdənsalma kampaniyasının səbəblərini aydınlaşdırmağa çalışan sayt müşahidə etdiyi bu tendensiyanın  arxasında hansı məsələlərin dayandığı ilə bağlı ehtimallarını da qeyd etmişdir: “...Birinci səbəb siyasi proseslərlə bağlıdır. Daha doğrusu, Azərbaycan uğrunda Qərblə Rusiya arasında gedən mübarizənin daxili siyasətə transferindəndir. Bu ehtimal bəzilərinə inandırıcı görünməyə bilər...”

Bu yerdə oxucular yəqin bizimlə razılaşarlar ki,  “Xeberinfo.com”un bu yanaşması bəzilərinə deyil, elə hamıya inandırıcı görünmür,çünki Xaləddin İsgəndərov elə bir siyasi fiqur deyil ki böyük dövlətlərin maraq daxilinə düşsün.

Məqaləni oxumağa davam edirik: “...Heç kimə sirr deyil ki, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla vergilər naziri Fazil Məmmədov yaxın qohumdur. Xaləddin İsgəndərovun gözdən salınması eyni zamanda Vergilər Nazirinin mövqeyinin zəiflədilməsinə cəhd deməkdir.  Bu zaman həm vergilər naziri Fazil Məmmədovun, həm də Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 2003-cü ildə necə sadiqlik nümayış etdirdiklərini nəzərə alanda, bu ehtimal əsassız görünmür.... Deməli, prezidentə sədaqəti şübhə doğurmayan iki məmurun mövqelərinin zəiflədilməsində maraqlı qüvvələr var. Bu xüsusilə də “İsmayıllı hadisələri” ilə müqayisdə çox inandırıcı görünür. Məlum olduğu kimi “İsmayıllı hadisələri” ilə ilk öncə icra başçısı Nizami Ələkbərov hədəfə alınmış, daha sonra isə bu hadisə icra başçısının nazir qardaşı, əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovun istefaya göndərilməsinə səbəb olmuşdu. İstisna deyil ki, indi ilk hədəf kimi Binəqədi rayon icra hakimiyyətinin başçısı  Xaləddin İsgəndərov görünsə də, əsas məqsəd vergilər naziri Fazil Məmmədovun mövqelərinin zəiflədilməsidir”. Bu altını cızdığımız sitatlar açıq-aydın göstərir ki, “Bütün dünyanın diqqətinin I Avropa Oyunlarının keçiriləcəyi Azərbaycana yönəldiyi indiki halda “Xeberinfo.com" ölkəmizin hər kəsə qabiliyyətinə görə qiymət verildiyi mütərəqqi Qərbin, Avropanın deyil, qohumluq prinsiplərinə daha çox önəm verildiyi Şərqin, Asiyanın tərkib hissəsi olduğunu ortaya qoymuşdur.

Sayt rəhbərliyinə və yazı müəllifinə xatırlatmağa dəyər ki, Möhtərəm Prezidentimiz İlham Əliyev Ələkbərov qardaşlarını heç də siyasi üzüdönüklüklərinə görə yox, KİV-də aparılan hansısa gözdənsalma, qarayaxma kampaniyasına görə yox, məhz öz vəzifələrinin öhdəsindən gələ bilmədikləri səbəbindən işdən kənarlaşdırmışdı.  Bizdə siyasi mənsubiyyətinə görə heç kəs təqib olunmur. Əksinə, yüksək mənsəbli dövlət qulluqçuları, nazir və ona bərabər tutulan vəzifəli hökumət məmurları siyasətə meyllənəndə həm qanunla məsuliyyətə cəlb olunur, həm də xalqın qınağına tuş gəlir. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev nümunəsi buna əyani sübutdur. 2005-ci il parlament seçkiləri ərəfəsində baş verən hadisələrlə əlaqədar müşavirə keçirən ölkə başçısı demişdi ki, dövlət və hökuməıt məmurlarının içi xalqa xidmət etmək, vəzifə borclarını yerinə yetirməkdir, siyasət yox.

İndi isə gəlin görək, Xaləddin İsgəndərovun cənab İlham Əliyevə sədaqəti deyəndə “Xeberinfo.com” saytı nəyi nəzərdə tutur: “...Heç kəsə sirr deyil ki, 2003-cü il prezident seçkiləri ərəfəsində hakimiyyətin yüksək mərtəbəsində təmsil olunan məmurların bir hissəsi separatçılıq, bir hissəsi gözləmə mövqeyi tutmuşdu. Vergilər naziri Fazil Məmmədov və o zaman hələ geniş ictimaiyyətin tanımadığı 11 saylı Vergilər İdarəsinin rəis müavini Xaləddin İsgəndərovun o günlərdə İlham Əliyevə tam sadiq qalması, onun prezident seçkilərində qalib gəlməsi üçün fədakarlıq etmələri də məlumdur. 2003-cü  il prezident seçkilərini yaxından izləyənlər bilir ki, vergilər naziri Fazil Məmmədovun və 11 saylı Vergilər İdarəsinin o zamankı rəis müavini Xaləddin İsgəndərovun İlham Əliyevin Tovuz rayonunda seçicilərlə görüşü zamanı vəziyyətin nəzarətdən çıxmasının qarşısının alınmasında böyük rolları olub. Belə ki, İlham Əliyevin seçicilərlə görüşü zamanı qəflətən küçələrin birindən bir dəstə adam çıxaraq “İsa bəy, İsa bəy” deyə çığırmağa, İlham Əliyevin əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Onların məqsədi İlham Əliyevin seçicilərlə görüşünü pozmaq olub. Həmin anda Xaləddin İsgəndərov ətrafındakı adamları səfərbər edərək həmən dəstənin qarşısında canlı sipər çəkib. Xaləddin İsgəndərovun və ətrafındakıların bu cəsarətli addımı həmin dəstəni karıxdırıb. Bundan istifadə edən Xaləddin İsgəndərov və ətrafındakılar həmən dəstəni sıxışdıraraq İlham Əliyevin görüş keçirdiyi ərazidən uzaqlaşdırıblar. Heç kim istisna edə bilməz ki, həmən zaman proseslər başqa səmtə yol alsaydı, ölkədə gərgin anlar yaşana bilərdi...”

Hərdən Hollivud istehsalı olan “ulduz müharibələri”nə baxanda adama elə gəlir ki, bəşəriyyət həmin kinofilmlərin qəhrəmanları olan supermenlərə borcludur. Sən demə, bugünkü Azərbaycan da öz tərəqqisinə, xalqımız isə indi yaşadığı firavanlığa görə Xaləddin İsgəndərova borcluymuş, xəbərimiz yox. Və sən demə, Xaləddin vergi müfəttişindən, icra hakimliyindən, siyasətçidən daha çox cangüdən işinə yarayırmış. Ölkənin güc strukturları, ictimai asayişi qorumalı olan hüquq-mühafizə orqanları isə heç bir işə yaramırlar.

Saytın bir başqa versiyasına görə, son zamanlar Xaləddin İsgəndərovun adının Hacıbala Abtutalıbovu əvəz edəcək əsas namizəd kimi hallanması paytaxta rəhbərlik etməyə əsas iddialıları da hərəkətə gətirmiş ola bilər: “Görünür, Xaləddin İsgəndərova qarşı kampaniyanı da paytaxta Hacıbala Abutalıbovdan sonra başqa bir regionun təmsilçisinin başçılıq etməsindən narahat olanlar təşkil edirlər. Bu Azərbaycan mediasının hazırkı durumunda çətin bir məsələ hesab oluna bilməz...”

 

Burada bir məqama diqqət yetirilməsi vacibdir. Əgər başqa ölkələrdən fərqli olaraq, KİV-in inkişafına dövlət dəstəyinin göstərildiyi Azərbaycanda medianın durumu həqiqətən də“Xeberinfo.com” saytının təsvir etdiyi kimidirsə, Xaləddin İsgəndərov da onu özünün siyasi ambisiyalarının oyuncağına çevirə bilər. Kim bilir, bəlkə də bu gün cənab İsgəndərovun paytaxt meri vəzifəsinə yiyələnmək uğrunda atdığı addımların biri də bu barədə söz-söhbətin gündəmi zəbt edərək adiləşdirilməsidir ki, buna da nail olmağın yolu KİV-dən keçir.   

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024