Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-08-2024, 12:24)
Cavanşir həmişə ŞİRDİ... - Arxası da PİRDİ...

 

Parlament seçkilərinə 1 aydan da az bir müddət qalmasına baxmayaraq, artıq bir çox siyasilər və hakim partiyanın stajlı deputatları yenidən mandat əldə etmək uğrunda ölüm-dirim savaşına qoşulublar.

Siyasi analitiklər budəfəki seçkilərin ölkə tarixində böyük dəyişiklərə rəvac verəcəyini bildirirdilərsə, hakim partiyanın siyasi kuluarlarında adları “oliqarx deputat” kimi səslənən şəxslərin yenidən parlamentə düşmək sevdaları bu ümidlərin üstündə qırmızı bir xətt çəkdi. Doğrudur, hakim partiya üzvü olan və adları qalmaqallardan, eləcə də mal-mülk söhbətlərindən əskik olmayan bəzi şəxslər YAP-da “vurulsa da”, digərləri hələlik öz reputasiyasını partiya daxilində qorumağı bacarıb.

Onlardan biri də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadədir.

Yenicag.az-ın qalmaqalları deputatlarla bağlı bugünkü rubrikasının “qonağı” olan Cavanşir Paşazadə, adətən, mediada hakim partiyanın nüfuzuna xələl gətirəcək dayaz və birmənalı olmayan açıqlamaları gündəmə gəlir.

76 saylı Lənkəran-Masallı seçki dairəsindən YAP-ın namizədi kimi qeydiyyatdan keçən Cavanşir Paşazadə 5-ci dəfə öz kreslosunu və mandatını qorumaq uğrunda israrla mübarizə aparmağa başlayıb. Maraqlıdır, təbliğat-təşviqat kampaniyasının başlandığı bu gündə Cavanşir müəllim 4 dəfə deputat seçildiyi Lənkəran-Masallı rayonlarının seçicilərinin etimadını yenidən necə qazanacaq?

Bu məsələnin bir tərəfi. Məsələnin əsas və digər tərəfi isə budur ki, qanunvericiliyə zidd olaraq, deputat mandatı daşıyan cənab Paşazadə biznesini genişləndirməklə qardaşının tutduğu vəzifədən də bir növ sui-istifadə edir. Medianın vaxtaşırı gündəmə gətirdiyi kimi, Cavanşir Paşazadənin ölkədə fəaliyyət göstərən taxta-şalban deposu, topdan və pərakəndə satış mərkəzləri, Keşlədə taxta satışı depoların sahibi olduğunu bilməyən yoxdur. Onun mərasim zallarının tikintisi və icarəsi, mərasimlərə təqdim edilən ərzaq mallarının istehsalı müəssisələrinə sahib olduğu da çoxlarına bəllidir.

19 illik deputatlıq fəaliyyəti dövründə Cavanşir müəllim öz ərazisinin problemlərini parlamentdə dilə gətirməkdən çox qardaşı Şeyxülislam Allahşükür Paşazadənin hesabına biznes fəaliyyətlərini günü-gündən genişləndirib. Allahşükür Paşazadənin isə Çexiyada və Avropanın bir neçə ölkəsində olan hotellər şəbəkəsi və gecə klublarından isə danışmağa dəyməz. Həzərat, iddialardan biri də budur ki, şeyxülislam qardaşının biznes sahəsinə maliyyə yatıran əsas kuratorlardan biridir.

Seçki qabağı medianın gündəminə gələn C. Paşazadə bu yaxınlarda son zəng tədbirlərində baş verən hadisə ilə bağlı mətbuata açıqlamasında hadisəni inkar etməklə bir növ çulunu sudan çıxarmaq istəmişdi.

Xatırladaq ki, bundan 2 ay öncə Bakıda yerləşən 6 nömrəli məktəbin şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Ən son model avtomobilləri idarə edən şagirdlərin isə məmur övladları olduğu iddia olunurdu. Həmçinin videoda həmin avtomobillərin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanmışdı. Onlar arasında, nə təsadüfdürsə, Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10-UH-700 “Audi Q8” markalı avtomobil də vardı.

“Həmin videonu görməmişəm, nə də bu xəbəri eşitmişəm. Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10-UH-700 nömrəli maşınım yoxdur”, – deyən cənab Paşazadə ittihamları qəbul etməsə də, sonradan sübut olundu ki, həmin maşın onun ailəsinə aiddir.

Onun biznesi ilə bağlı yaranmış qalmaqallar zamanı da əvvəllər təkzib mövqeyi tutan deputat sonradan dolayısı yolla da olsa, özünü ifşa edib. İşin qəribə tərəfi isə budur ki, bu qədər hay-küydən sonra Cavanşir müəllim vəziyyətdən yaxasını nə cürsə sıyıra bilib.
Məsələn, bir zamanlar Türkiyədə bizneslə məşğul olan iranlı Rza Zarrabla ortaqlığı məsələsində olduğu kimi, cənab Paşazadə sadalanan biznes sahələri ilə əlaqəsini inkar etsə də, son nəticədə mətbuatın hədəfinə tuş gələrək ifşa edilmişdi.

Maraqlı və bir o qədər də qəribədir ki, daim YAP-ın reputasiyasına zərər vuran, mediada topdağıtmaz mülkləri ilə manşetləri “oxşayan” Cavanşir müəllim niyə digər həmkarları kimi hələ də “vurulmur”? Onun Mahir Abbaszadə, Elnur Allahverdiyev, İqbal Məmmədov, Cavid Osmanovdan fərqi nədir ki, hələ də YAP-da önəmli fiqur olaraq qalmaqdadır? Necə deyərlər, özgə atına minən, tez düşər. Yəqin ki, 71 yaşlı Cavanşir müəllimin bir gün qardaşı vəzifədən gedərsə, onun “şot”una əldə etdikləri ilə bağlı səmimi etiraflarını da eşidərik. Lakin nədənsə buna inanmırıq…

Mövzunu davam etdirəcəyik…
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024