Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (29-01-2020, 08:09)
Seçicilərdən Şeyxin qardaşına etiraz:

 75 saylı Lənkəran-Masallı seçki dairəsindən namizədliyini irəli sürmüş Cavanşir Paşazadəyə qarşı etirazlar var. Bu barədə seçicilər sosial şəbəkədə yazırlar.

Onlar bildiriblər ki, Cavanşir Paşazadə 75 saylı Lənkəran-Masallı seçki dairəsi ilə bağlı ötən illərdə heç bir iş görməyib. "Qafqazın Şeyxülislamı Allahşükür Paşazadənin qardaşı kimi mandat alan bu adam Milli Məclisdə "lal" deputatlardan biri olub. İşi-gücü "Təzə-pir" məscindən oturmaq olub. Bircə dəfə də dairə ərazisinə gəlib bir seçicinin problemi ilə maraqlanmayıb. İndi yenidən bu dam hansı üzlə Milli Məclisə namizəddir", - seçicilər bildiriblər.

Lənkəran və Masallıdan olan seçicilər deyirlər ki, Cavanşir Paşazadə ötən seçkilərdə saxta yolla seçilib. "Onu Allahşükür Paşazadənin qardaşı olduğuna görə seçirlər. İndi də yəqin, o ümidlə gedir ki, qardaşına görə seçsinlər. Bizə belə bir deputat lazım deyil. Dairə ərazisində bütün məktəblərə, dövlət qurumlarına tapşırıblar ki, Cavanşir Paşazadə üçün səs yığın. Artıq onbaşı və yüzbaşılar da var. Əgər normal seçki keçirilsə, bu adam ən aşağı faiz səs toplayacaq ki, bu da çox güman qohum-əqrəbaları olacaq. Gedib biznesini, məscidini işlətsin də. Bu adamın Milli Məclisdə nə işi var? Biz ona səs verməyəcəyik. Qoy, bütün Azərbaycan bilsin".

Mövzu ilə bağlı Cavanşir Paşazadədən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Lənkərandan olan seçicilər uzun müddətdir ki, sosial şəbəkələrdə bu rayonu təmil edən keçmiş deputatların - Hadi Rəcəbli, Rüfət Quliyev, Ziyafət Əsgərov və Cavanşir Paşazadənin fəaliyyətindən nazrazılıq edirlər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024