Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (21-12-2020, 20:32)
YAŞAT Fondu hesabat açıqladı

 Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi YAŞAT Fondunun ilk 10 günündə görülən işlər barədə hesabatını açıqlayıb.
Mediatv.az hesabatın mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə YAŞAT Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
- Fondun fəaliyyətinin təşkili ilə bağlı Tədbirlər Planı təsdiq edilib, müvafiq icra qrupu müəyyən edilib. Azərbaycan Beynəlxalq Bankında Azərbaycan manatı və 5 xarici valyutada (ABŞ dolları, rubl, lirə, avro, funt sterlinq ) Fonda hesablar açılıb.
- Bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib, yaralananlarla bağlı siyahılar üzrə işlər isə yaxın günlərdə tam yekunlaşacaq.
- Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün ASAN Xidmət əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar. Həmçinin qruplar planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır.
- Bu kateqoriyadan olan 1500-dən çox ailəyə baş çəkilib, zəruri ehtiyacları müəyyən edilib və ilkin yardımlara başlanılıb.
- Şəhid və yaralıların ailələrinə baş çəkilməsi zamanı dəqiqləşdiriləcək informasiyalardan ibarət vahid anket forması hazırlanıb. Fondun sosial şəbəkələrdə rəsmi səhifələri yaradılıb.
- İnternet portalının yaradılması prosesi sürətlə davam etdirilir. Portalda ianə edənlərin və yardım olunan şəxslərin şəxsi kabineti olacaq. Hər bir yardım barədə foto və videomateriallar portalda yerləşdiriləcək.
- YAŞAT Fondunun işinin təşkili ASAN Xidmətdə çalışan şəhid ailələrinin üzvləri və qazilərə havalə olunub.
- YAŞAT Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq olar".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025