Mediatv.az  xəbər verir ki, Baş nazir Boris Conson, yoluxmada artımın mutasiyaya uğramış koronavirusun yeni növü ilə əlaqəli olduğunu söyləyib. O bildirib ki, aşkar edilən yeni növ virus köhnədən 70 faizə qədər daha yoluxucudur.

Baş nazir paytaxt London, şərq və cənub-şərqdə virusa yoluxmada artım baş verməsi səbəbindən yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağını açıqlayıb.

İndiyədək ölkədə tətbiq olunan üç səviyyəli regional tədbirlər sisteminə dördüncü bir səviyyə əlavə edilib. Dekabrın 20-dən etibarən qüvvəyə minəcək tədbirlər çərçivəsində, qida satışı olmayan bütün mağazalar və idman yerlərinin bağlanması nəzərdə tutulur.