Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-12-2020, 19:53)
Övladları Əliyar Əliyevin məzarını ziyarət etdi - Foto

 




Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin övladları onun məzarını ziyarət ediblər.
Mediatv.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.
Övladları Qubadlı rayonunun Qəzyan kəndində yerləşən atalarının qəbri üstə güllər düzüb, Azərbaycan bayrağını qoyublar.
Qeyd edək ki, Ə.Əliyev 1957-ci ildə dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.
Qarabağ müharibəsi başlayanda Ə.Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.
1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.
O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.
Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.
“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, ğQubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025