Sosial (9-12-2020, 15:31)
Komitə göydələn tikintisini dayandırdı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vətəndaşların şikayətinə əsasən, Xətai rayonu Gəncə prospekti 2942A ünvanında tikintisi nəzərdə tutulan binaya görə Qaya-İnşaat MMC-yə müraciət edib.Bunu Axar.az-a açıqlamasında komitənin mətbuat katibi Ramiz İdrisoğlu deyib. O bildirib ki, 2015-ci ildə bu binanın tikintisinə icazə verilsə də, hazırda işlər şikayətlər səbəbindən dayandırılıb:
“Sözügedən ərazidə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi üçün Qaya-İnşaat MMC-yə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 19.03.2015-ci il tarixli 125 nömrəli sərəncamı ilə icazə verilib. Həmin sərəncama əsasən sözügedən ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinə dair planlaşdırma sənədi təsdiq edilib. Sənədin razılaşdırılmasına baxmayaraq, vətəndaşlardan daxil olan şikayətlərin nəzərə alınması ilə bağlı Qaya-İnşaat MMC-yə müraciət edilib. Qeyd edək ki, hazırda həmin ünvanda tikinti işləri aparılmır”.
Qeyd edək ki, bu ilin əvvəlindən Xətai rayonu, Gəncə prospekti 2942A məhəlləsində kiçik ərazidə göydələn tikilməsi üçün işlər başladılmışdı. Ciddi sıxlıq yaşanan kiçik ərazidə prospektə birbaşa çıxışı olmayan növbəti göydələn tikintisinin həddən artıq ciddi problemlərə yol açacağı üçün sakinlər etiraz edib. Ərazidə bir neçə gün əvvəl işlər başladılması üçün cəhd edilsə də, sakinlərin növbəti etirazından sonra Xətai İH də tikintinin dayandırılmasını tələb etmişdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025




















