Sosial (9-12-2020, 14:21)
Komandanım, əmr ver!
Komandanım, əmr ver!Azad olsun torpağımız
Komandanım, əmr ver!
Axmasın, şəhid qanımız
Komandanım, əmr ver!
Ruhların qarşısında əyilməsin başımız.
Komandanım, əmr ver!
Ordu getsin irəli.
Gəlsin Qarabağımın
Xoş-firavan günləri.
Poladın, Mübarizin
Yüzlərlə şəhidimin
Ruhu bizi gözləyir.
Zəbt olan torpağımda
Ayaqlanan məzarlar
Ziyarətçi gözləyir.
Komandanım, əmr ver!
Ordu getsin irəli.
Gəlsin Qarabağımın
Xoş-firavan günləri
Xalqımız qeyrətlidir
Cəsur, səxavətlidir
Canını istə verər.
Torpaq namus yeridir
Torpaq ana özüdür.
Komandanım, əmr ver!
Vətəni qorumaq üçün,
Torpağı qorumaq üçün,
Ananı qorumaq üçün,
Namusu qorumaq üçün.
Ordu getsin irəli
Gəlsin Qarabağımın
Xoş-firavan günləri.
Poladlar, Mübarizlər
Ölməyib, ölə bilməz!
Xalq, şəhidini heç vaxt
Ürəkdən silə bilməz!
Vətən bizim anamız
Torpaq and yerimizdir.
Üç rəngli bayrağımız
Daim ucaya qalxan
Namus-qeyrətimizdir.
Komandanım, əmr ver!
Ordu getsin irəli
Gəlsin Qarabağımın
Xoş-firavan günləri.
Torpağı azad eylə
Xalq səbrdən oyanıb.
Torpağı azad eylə,
Xalq yanında dayanıb.
Torpağı azad eylə,
Sağlığında qoyulsun
Qızıldan heykəliniz.
Torpağı azad eylə,
Nicatımız göydə Allah
Yerdə isə ordumuzla, sizsiniz.
Komandanım, əmr ver!
Ordu getsin irəli
Gəlsin, Qarbağımın
Xoş-firavan günləri.
Küsüb gedən Xarı bülbül
Qarabağa qayıtsın.
Qarabağ şikəstəsi
Xanın xoş avazıyla,
Qarabağda yayılsın.
Komandanım, əmr ver!
Ordu getsin irəli
Xoşqədəm Əliyeva
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025




















