Sosial (Bu gün, 13:14)
“Vusal-900” Buxur çay evi cəngəllik qanunları ilə idarə olunur -burada “mənəm, Bağdadda kor xəlifə” prinsipi işləyir
Artıq bir neçə gündür ki, hüquq-mühafizə orqanları və aidiyyəti dövlət qurumları ölkə üzrə restoran və çay evlərində genişmiqyaslı profilaktik yoxlamalar həyata keçirir.
Qanun pozuntusuna yol verən obyekt sahiblərinə inzibati tənbeh protokollarının tərtib olunması da prosesin ciddi şəkildə aparıldığını göstərir. Lakin görünən odur ki, bəzi müəssisələr uzun müddətdir formalaşmış “toxunulmazlıq” mühitinə arxayınlaşaraq qanunları açıq şəkildə pozmaqdan çəkinmirlər.
Təəssüf doğuran məqamlardan biri də bəzi ictimai iaşə obyektlərində qiymətlərin süni şəkildə fantastik həddə qaldırılmasıdır. Bir çox məkanlarda 2-3 manatlıq qidanın 20-30 manata, adi 1-2 manat dəyərində olan suyun 10-15 manata, 7-8 manata başa gələn qəlyanın isə 70-80 manata satılması artıq adi hal kimi qəbul edilir. Bu cür özbaşınalıqların arxasında müəyyən işbaz qruplarının dayandığına dair ciddi şübhələr mövcuddur.
Belə hallar təkcə vətəndaşların cibinə zərbə vurmur, həm də ölkəmizə üz tutan turistlər qarşısında mənfi obraz yaradır. Gözlənilən qonaqpərvərliyin əvəzinə “soyğunçu qiymətlər”lə qarşılaşan turistlərin sosial şəbəkələrdə paylaşdığı narazılıq dolu fikirlər Azərbaycan turizm sektoruna ciddi zərbə vurur. Hər kəsin məlumudur ki, bir turistin pis təəssüratı minlərlə potensial qonağın qərarına təsir edir.
Nərimanov rayonu, İzzəddin Həsənoğlu 94 ünvanında yerləşən “Buxur” çay evi də belə neqativ halların yaşandığı məkanlardan biridir. Müştərilərdən biri bildirir ki, bu məkana daxil olan şəxs sözün əsl mənasında soğan qabığı kimi soyulur. Qiymətlərin absurd dərəcədə baha olması bir yana, insanlar çox zaman hesabı görəndən sonra tamamilə şoka düşür. Dostla və ya qonaqla təsadüfən bu məkana düşənlərin əksəriyyəti, sözün hər mənasında, çıxanda peşman olur.
Məsələnin daha da gülünc və biabırçı tərəfi isə odur ki, iddialara əsasən, hesabı ödəmək istəyəndə müəssisədəki post-terminalın “qəfil” işləmədiyi bildirilir. Ödənişin yalnız nağd şəkildə və ya kartdan-karta köçürmə yolu ilə qəbul edilməsi isə artıq adi ticarət qaydalarının kobud şəkildə pozulması deməkdir. Bu metodun məqsədinin vergidən yayınmaq olduğu barədə ictimai rəydə ciddi şübhələr formalaşır.
Qeyd edək ki, sözügedən məkanın “Vüsal-900” kimi tanınan şəxsə məxsus olduğu iddia olunur. Həmin şəxsin cəmiyyətdə kifayət qədər imkanlı olduğu deyilir. O, bir neçə ay əvvəl müxtəlif ittihamlarla saxlanılan, daha sonra ev dustaqlığına buraxılan məşhur iş adamı, “Vüsal-300” kimi tanınan Vüsal Abbasovun yaxın dostu kimi göstərilir. İddialara görə, hazırda davam edən “Vüsal-300” istintaq işinə Vüsal-900-ün də cəlb olunması ehtimalı müzakirə edilir.
Əgər bu iddialar təsdiqini taparsa, bu yalnız bir obyekt sahibinin məsuliyyəti deyil, həm də illərdir formalaşmış “toxunulmaz biznes” sindromunun bariz nümunəsi olacaq. Cəmiyyət isə haqlı olaraq sual edir: əgər adi vətəndaşın ən xırda qanun pozuntusuna belə sərt reaksiya verilirə, niyə bəzi şəxslər özlərinə dövlət qanunlarından üstün davranmaq haqqı tanıyırlar?(Azerbaycanreallığı)
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025


























