Əməkdar artist daha sonra bildirir: "Bu sənətkar ömrünün son illərində sənətinə göstərilən dəyərin bir nişanəsi olaraq Şöhrət ordeni ilə təltif olunmaq istəyir. Lakin göndərdiyi məktublara və mətbuatda danışmasına baxmayaraq, onun bu arzusunu Möhtərəm Prezidentə çatdırmırsan. Çünki Ceyran Haşımova sənin dost-tanış, rəfiqə siyahında olan “mələklərdən” deyil! Mədəniyyət, səhiyyə və təhsil sahəsindəki ciddi problemlərlə bağlı sənə ünvanlanan məktubları niyə oxumursan? O məktublar sənə ona görə yazılır ki, cırıb zibil qutusuna atasan? Cənab Prezidentdən nəyi gizlətməyə çalışırsan? Vaxtilə Prezident Administrasiyasında Ramiz Mehdiyevin bir “zibil qutusu” vardı, görünür, indi də səninkidir. Vəzifəndən sui-istifadə edərək ailəni, dost-tanışlarını və rəfiqələrini ön plana çəkməyin, mədəniyyət, səhiyyə və təhsil sahəsindəki problemləri gizlətməyin Cənab Prezidentin apardığı şəffaf idarəetmə prinsiplərinə kölgə salır. Cənab Prezident təkdir və işlərinin çoxluğundan bu cür incə və həsas məsələləri sənə həvalə edərək etimad göstərib. Bəs, onun etimadını niyyə doğrultmursan? Mən bütün bu dediklərimi sübut etməyə hazıram: vəzifəndən sui-istifadə edərək rəfiqələrini önə çəkir, incəsənət adamları arasında fərq qoyursan. Bunun ən böyük sübutlarından biri yaxın rəfiqən Mehriban Ələkbərzadənin 2014-cü ildən 2025-ci ilə qədər fasiləsiz şəkildə Prezident Mükafatı siyahısına adını yazmağındır. Bu mükafatı alan bütün incəsənət adamları üç ildən sonra bir fasilə verirlər. Bəs həmin fasilə qaydası Mehriban Ələkbərzadəyə niyə şamil olunmur? Çünki o, sənin “əziz mələklərin” siyahısındadır! Axı başqa sənətçilər bunu görürlər… Məqsədin nədir? Fərəh Əliyeva, unutma ki, sənin kimi vəzifəsindən sui-istifadə edənlər keçicidir, amma Ceyran Həşimova kimi sənətkarlar tarixdə qalıcıdır! Biz Möhtərəm Prezidentimizə güvənirik və inanırıq ki, mədəniyyət, səhiyyə və təhsil sahələrini Fərəh Əliyevanın yaratdığı bu vəziyyətdən xilas edəcək!"
Sosial (Bu gün, 09:11)
"Prezidentdən nəyi gizlətməyə çalışırsan?" - ETİRAZ
"Fərəh Əliyeva, Azərbaycan mədəniyyətinə misilsiz xidmətləri olan, ölkəmizin ilk qadın tarzəni 92 yaşlı Xalq artisti Ceyran Haşımovanın səsini niyə eşitmirsən?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında əməkdar artist Mehriban Xanlarova qeyd edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
9 12 2025
9 12 2025



























