Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:33)
Asif Hüseynov 8 aydır dağılmış körpünü bərpa etmir - Şabran sakinlərindən ETİRAZ…

Şabran-Qalaltı yolunda aprel ayında yağan yağış və sel nəticəsində dağılmış körpü indiyə qədər bərpa edilməyib. 8 aydır körpünün bərpası üçün heç bir iş aparılmayıb.
Tribuna.az xəbər verir ki, bu barədə Şabran rayon sakinləri video paylaşıblar. Sakinlər bildirib ki, körpü dağllandan sonra kənarda yola bir boru basdırıb hərəkəti bərpa etmişdilər.Ancaq bu da müvəqqəti yol olub. Çünki alternativ yol kimi istifadə edilən yol da bərbad vəziyyətdədir və yük maşınlarının hərəkəti mümkün deyil.
Sakinlər bildirir ki, Şabran rayon İcra Hakimiyyəti 8 ayda nə körpünün təmiri, nə də alternativ yolun düzəldilməsi üçün heç bir iş görməyib:
“Artıq dekabr ayıdır, hələ də bu istiqamətdə normal hərəkət üçün yol yoxdur. Yük maşınları çıxa bilmir, yol bağlanıb. Bu balaca yolun bərpası üçün nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, nə Şabran rayon İcra Hakimiyyəti heç bir iş görmür. Bu yol, camaatın zülm çəkməsi heç kəsi, heç bir dövlət qurumunu maraqlandırmır.
Bu yol Şabrandakı “Qalaltı” otelinə, Əmirxanlı, Qazmabalı, Ağsağlı, Ceyranlı, Vələsli, Qalaltı, Meşrif kəndlərinə gedən yoldur. Kənd camaatı zülm çəkir 8 aydır. Yağıntılar başlayıb, indi vəziyyət daha da çətinləşib. Yenə də nə maraqlanan var, nə problemi aradan qaldıran”.
Məsələ ilə bağlı Şabran İH-lə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. İcra hakimiyyətinin problemlə bağlı mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, Şabran rayon icra hakimiyyətinin başçısı Asif Hüseynovdur. O, 5 aprel 2019-cu ildən bu vəzifəni icra edir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025