Sosial (25-10-2024, 08:49)
Bakıdakı söküntü “bumu”: Mənzillərin qiymətinə necə təsir edəcək? - AKTUAL
Bakının daha bir prospekti və bir neçə küçəsinin əhatəsindəki evlərin söküntüsünə başlanılıb.
Yerli mətbuatda yayılan məlumatlara görə, söhbət Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən gedir.
Xətai Rayon İcra Hakimiyyəti söküntü işlərinin icrasını "Ramco" şirkətinə həvalə edib və dəyəri 1,3 milyon manat olan müqavilə bağlayıb. Sakinlərin isə köçürülmə ilə bağlı onlara təklif edilən kompensasiyanın məbləğinə münasibətləri birmənalı deyil. Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayonun bir sıra ünvanlarında istismar müddəti başa çatmış və qəzalı vəziyyətə düşmüş evlər sökülüb, əhali köçürülüb.
Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrində söküntü işləri davamı gedir. Yaxın günlərdə digər sakinlərin də köçürülmə prosesinə start veriləcək. Vətəndaşların kompensasiyanın məbləği ilə bağlı narazılığına gəlincə, İcra Hakimiyyətindən bildirildi ki, bu məsələ komissiya tərəfindən araşdırılacaq, vətəndaş məmnuniyyəti təmin ediləcək.
Maraqlıdır, pilot layihələrin həyata keçirilməsi mənzil bazarında qiymətlərə necə təsir edir?
Məsələ ilə bağlı mənzil və inşaat məsələləri üzrə ekspert Elnur Azadov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2016-cı ildən pilot layihələr həyata keçirilir:
"Bu gün paytaxtda istismar müddəti keçmiş və bu səbəbdən yararsız hala düşmüş binaların sökülərək, yerində yeni çoxmənzilli yaşayış binalarının tikilməsi ilə bağlı pilot layihə davam etdirilir.
Bildirim ki, pilot layihələrla bağlı dövlət qurumlarının iştirakını azaltmaq üçün 2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarın icrasına başlanıldı. Bu da paytaxtın bir çox rayonlarını əhatə etdi, 100-dən çox yaşayış kompleksi inşa olundu.
Xatırladım ki, 2018-ci ildən isə səlahiyyətlər artıq Şəhərsalma və Arxitektura Komitəsinə verildi və Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən, pilot layihələrla bağlı dövlət qurumlarının iştirakı dayandırıldı. Nəticədə tikintiyə icazə sahəsində son qərar sözügedən komitəyə verildi”.
Ekspert qeyd edib ki, pilot layihələrin həyata keçirilməsi müsbət addımdır:
"İstismar müddəti keçmiş və bu səbəbdən yararsız hala düşmüş binalar yeniləri ilə əvəz olundu və heç kim də bundan zərər çəkmədi. Eyni zamanda, köhnə yaşayış binalarında birotaqlı mənzillərin əvəz olunması daha çox tikinti şirkətlərinin satınaması ilə həyata keçirildi. Bu da mənzil bazarında sıçrayışa müsbət təsir göstərdi, satış dinamikası artdı. Qeyd edim ki, pilot layihələr mənzil bazarında qiymətlərə əks təsir etmir, bazarı canlandırır".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024