Sosial (24-10-2024, 08:12)
"Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir
Dünyanın müxtəlif ölkələrində, şəhərlərdə ictimai nəqliyyat üçün xüsusi yollar nəzərdə tutulub, buna sözüm yox, normaldır, ictimai nəqliyyatın üstünlüyü olmalıdır. Amma, Bakıda son zamanlar məntiqsiz olaraq çəkilmiş “avtobus yollarının” sayı artıb. Nədən məntiqsiz? Ona görə ki, ictimai nəqliyyat üçün yollar kəsintisiz olanda effekt verir, avtobusların tıxacda ilişməsinin qarşısı alınır. Bakıda isə kəsintisiz avtobus yolu, demək olar ki, yoxdur, ictimai nəqliyyat üçün olan yol tez-tez qırılır, həmin yerlərdə avtomobillər məcburən bütün yola dolur, nəticədə, məsələn, 500-800 metr öz yolu ilə gələn avtobus yenə tıxacda ilişir, həmin yolların heç bir effekti olmur".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert, REAL sədri Natiq Cəfərli deyib.
O bildirib ki, insanları ictimai nəqliyyatdan istidayə təşviq etmək hazırki durumda mümkünsüzdür: "İctimai nəqliyyatın bərbaddır, avtobuslar, metro basabasdır, sıxlıq çoxdur, ictimai nəqliyyatın intervalı yüksəkdir, insanları təşviq edən yanaşma yoxdur. Məslən, 1 saatlıq, 1 günlük, 1 aylıq, 1 illik biletlərə keçid baş vermir. Gediş haqqı birdəfəlik miniklə hesablanır – halbuki, günlük-haftəlik-aylıq-illik biletlərə keçid baş versə, gün ərzində 5-6 dəfə ictimai nəqliyyatdan istifadə edənlər uzunmüddətli və ən əsası, daha ucuz biletlər ala bilərlər ki, nəqliyyatdan istifadə daha sərfəli olsun. Yəni, birdəfəlik gediş haqqı 50 qəpikdirsə, 1 günlük alanda bu 45 qəpiyə, 1 həftəlik alanda 40 qəpiyə, 1 aylıq alanda 30 qəpiyə, 1 illik alanda 20 qəpiyə düşməlidir və eyni bilet metro-avtobuslar üçün keçərli olmalıdır".
N.Cəfərli əlavə edib ki, ctimai nəqliyyat üçün məntiqsiz çəkilən xəttlər yol kənarında kiçik-orta sahibkarları bankrot səviyyəsinə çatdırıb, alverləri 60-70% düşüb: "Son günlərdə, bəlkə də, 40-45 mağaza sahibindən, kiçik sahiblarlardan bu məsələ ilə bağlı müraciətlər-zənglər-mesajlar almışam, hətta küçədə saxlayıb dərdlərini deyiblər. Yaxşı, bu haqda düşünən olubmu? Kiçik-orta sahibkarlıq zatən can üstündədir, itib-batırlar, büdcədə, iqtisadiyyatda rol oynaya bilmirlər. Belə çıxır ki, hökumət onları öz “dəftərindən” silib, başqa səbəblərə görə zatən ağır durumda olan kiçik biznes, avtobus yollarına görə də ziddi ziyanla üzləşiblər,
İqtisadçı cərimələrdən də danışıb: "Qısa olaraq cərimələr haqqında – ictimai nəqliyyatın yoluna çıxmaq 100 manat cərimədir, əgər xəttlər məntiqli çəkilsəydi, mən razı, amma elə küçələr, yollar var ki, bəzən məcburiyyətdən xətti azacıq tapdalayırsan, həmən 100 manat cərimə gəlir. Cərimənin məntiqi vərdişlərin tərbiyəsidir, camaatın cibinə girmək deyil. Yəni, cərimə 30 manat da olsa, bu 95% sürücülər üçün ağır yükdür. Bunlar 100 manat elədilər ki, güya, harınlamış varlı (məmur) təbəqəsinə, onların uşaqlarına da təsir etsin, amma, demək olar ki, hər gün dövlət-hökumət orqanlarına aid nömrə nişanlı maşınların avtobus zolaqları ilə sürdüyünü görürük – onlar ya necəsə cərimələri sildirirlər, ya da 100 manat veclərinə deyil. Yaxşı, 5%-lik imkanlı kəsimə görə 100 manat etmisinizsə və onların vecinə deyilsə, 95% sürücülərin nə günahı var?! Bəzi zolaqlara COP29 yazıblar, bunun anlamı nədir? O zolağa girəndə cərimə varmı, varsa, nə qədərdir?! COP-29 bitəndən sonra o zolaqların aqibəti necə olacaq?!".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024