Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-10-2024, 12:49)
İki nəfərin boğulduğu tunelin tikintisini həyata keçirən Göyüşov kimdir?

İki nəfərin boğulduğu tunelin tikintisində əli olan Göyüşov kimdir? -

Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub. Sözügedən ərazidəki tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti”  MMC tərəfindən inşa olunub. “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Xəlil Göyüşov ölkənin ən varlı iş adamları arasında yer alır. Həmin şirkət 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub.

Bəs, Xəlil Göyüşov kimdir?

Ajans.az-ın əldə etdiyi məlumata görə, Xəlil Göyüşovun adı bir sıra qalmaqallarda hallanıb. Əvvəla, X. Göyüşovun bir neçə dəfə məhkəmələrlə başı bəlaya girib. Bu ilin avqustunda "Körpü-Bina-Tikinti" MMC-nin baş direktoru və təmsilçisi olan Xəlil Göyüşov haqqında işçilərin əmək hüquqlarını pozduğu barədə müraciət daxil olub.

İş adamı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) vətəndaşlarımızın işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş adamı barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub.

Fotoda Xəlil Göyüşov:


 

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

Həmçinin onu da qeyd edək ki, Almaniyada Hamburqun mərkəzində, Borgfelder küçəsi 1-9 ünvanındakı dördulduzlu “PARK HOTEL BERLİNER TOR” və Hamburqun KIELER STR. 333 ünvanındakı üçulduzlu “PARK HOTEL ARENA” otelləri də iş adamının mülkləri arasındadır. Göyüşovun oğlu barədə yer alan məlumatlarda isə bildirilir ki, Ramiz Göyüşovun ən ucuz maşını 150 min manat dəyərindədir. Hətta 2014-cü ildə bir vətəndaş bildirmişdi ki, R. Göyüşovun hərbi xidmətdə adı gedir, amma hər gün Bakıda məclislərdədir. Bundan əlavə, Ramiz Göyüşov bir neçə dəfə içkili vəziyyətdə “avtoşluq” edərək avtomobil idarə etdiyi üçün polislə qarşı-qarşıya gəlib.

Bundan əlavə, Xəlil Göyüşovun "MTN işi" ilə bağlı ölkədən qaçan iş adamı "Akula" ləqəbli Akif Mustafayevlə də ciddi əlaqələri mövcud olub. İddialara görə, Akif Mustafayev 2015-ci ildə Xəlil Göyüşova müraciət edib və ciddi sıxıntılar çəkdiyini bildirib. Göyüşov da nəticədə “Akula”nın biznesini ələ keçirib.

Həmçinin ən sensasiyalı iddialardan biri isə odur ki, X. Göyüşovun jurnalistlərlə də daim problemi olub. Hətta bir neçə jurnalist dəfələrlə bildirib ki, biznesmen onun haqqında xəbər yazıldığı təqdirdə media işçilərini həbs etməklə şantaj edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024