Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-10-2024, 14:06)
“Access Bank” medianı susdurmağa çalışır?

“Access Bank” medianı susdurmağa çalışır?
“AccessBank” zərərdə olduğuna görə MEDİAnı günahlandırır.
Ötən ilin sonunu “Access Bank” 142 milyon 899 min manatlıq yığılmış zərərlə başa vurub. Bu rəqəmi biz yox, bank özü rəsmi internet resursunda paylaşıb. Bunu ictimailəşdirən medianı isə bank şikayət edir, təzyiq göstərir.

Şikayətdə deyilir ki, Kommersant.az bankın işgüzar nüfuzuna zərər vurub. Halbuki, bankın zərərdə olması medianın yox, birbaşa bank əməkdaşlarının günahıdır. Bu məsələni ictimailəşdirmək isə birbaşa bizim vəzifəmizdir. Çünki, Kommersant.az iqtisadi məqalələr dərc edir və bizim oxucularımız üçün hansı bankın daha güvənilir olması maraqlıdır. Bunu əsas alaraq, “Access Bank”ın zərərinin olduğunu oxucularımızın diqqətinə çatdırmışıq.

Əslində isə məsələ burada zərər və ya hansı hesabat maddəsi deyil. Məsələ bankın mətbuat katibi Ülviyyə Həsənovanın saytımıza olan şəxsi münasibətidir. Şəxsi münasibəti peşəkar işə daşımaq sadəcə bankın nüfuzuna xələl yetirər ki, bunu da şikayət üzrə biz yox, birbaşa Ü.Həsənova edir. Buna görə də mətbuat katibinə cavab olaraq bundan sonrakı yazılarda “Access Bank”a xüsusi yer ayıracağımızı bəyan edirik.

Bundan başqa Ülviyyə Həsənova banka təyin olunanadək sözügedən bankla aramızda heç bir məsələ olmayıb. Münasibətlərin korlanması ya xanım Həsənovanın, ya da “mənlik deyil, yuxarıdan tapşırıblar” sözündəki “yuxarı”nın günahıdır.

Tezliklə, “Access Bank” manşetlərdə...

Kommersant.Az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024