Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-04-2022, 12:17)
“Accessbank”da 175 milyon manatlıq YIĞILMIŞ ZƏRƏR

 “Accessbank” QSC 2022-ci ilin birinci rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.
Mediatv.az “Ölkə.Az”a istinadla xəbər verir ki, sözügedən dövrə bankın cəmi aktivləri 983,616 mln manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Müştərilərə verilmiş xalis kreditlərin həcmi illik müqayisədə 28,3% artaraq 666,925 mln manat təşkil edib.

Ötən ilin ilk rübünün yekunları ilə müqayisədə bankın depozit portfeli 21,3% artaraq 744,611 mln manata çatıb. Bankın cəmi öhdəlikləri isə 18,7% artaraq cari ilin martın 31-ə 893,180 mln manat təşkil edib.

KAPİTALI AZALIB

“Accessbank”ın cəmi kapitalı isə illik müqayisədə 5,3 mln manat və ya 5,5% azalaraq 100,361 mln manata yüksəlib. Bankın yığılmış zərəri isə illik müqayisədə 3,3% artaraq 174,745 mln manata çatıb.

Cari ilin ilk rübünün yekununda bankın xalis faiz gəlirləri 17,475 mln manat, xalis qeyri-faiz xərcləri isə 15,097 mln manat təşkil edib.

Əməliyyatlarını 2,378 mln manat mənfəətlə icra edən bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1,575 mln manat ayırıb. Bununla da bank cari ilin ilk rübünü 803 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Accessbank”ın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025