Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-12-2022, 15:30)
Şəhid atasından ETİRAZ

“Oğlum döyüşəndə Samir Nuriyev evində gizlənmişdi, indi məni ələ salır”
Ucar rayonu Bağırbəyli kənd sakini Şəhid atası Bəkirov Ehdibar Akif oğlu Məşğulluq Mərkəzi tərəfindən işlə təmin olunmamasından şikayətçidir.
"Mediatv.az" bildirir ki, o, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.
E.Bəkirovun sözlərinə görə, oğlu Təbriz Bəkirov Vətən müharibəsində şəhid olub:
“Oğlum Təbriz ali təhsilli idi, 3 dil bilirdi. O, Bakıda işləyib ailənin dolanmasına yaxından köməklik göstərirdi. Təbriz şəhid olandan sonra ailəmizin dolanışığı çox ağırlaşdı”.
O bildirib ki, Təbriz şəhid olduqdan qısa müddət sonra ona Ucar rayon Məşğulluq Mərkəzi tərəfindən iki baş inək verilib:
“Az vaxt sonra həmin inəklər xəstə olduğu üçün tələf oldu, bu barədə akt tərtib edildi. Hətta inəklər o dərəcədə zəif idilər ki, gətirən gündən yatıb ayağa dura bilmədilər. Mənim başım oğlumun yasına qarışdığı bir vaxtda tez-tələsik iki baş xəstə inəyi bizə verib aldadan vəzifəli şəxslərə ar olsun deyirəm. İnəklər öləndən sonra mən və həyat yoldaşım işsiz kimi Məşğulluq Mərkəzində qeydiyyata alınmışıq. Sakini olduğum Bağırbəyli kəndində və ya Ucar şəhərində işlə təmin olunmaq üçün rayon Məşğulluq Mərkəzinə müraciət etmişəm. Ancaq indiyə qədər işlə təmin olunmamışam. Buna baxmayaraq Ucar rayonu Kommunal Müəssisələri Kombinatına indiyə qədər bir neçə şəxs işə qəbul olunub. Hansı ki, şəhid ailəsi olduğum üçün ilk olaraq işə növbədənkənar mən qəbul olunmalı idi”.
Şəhid atası 19 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev barəsində də bəzi iddialar səsləndirib:
“Onun qəbulunda olan zaman mənimlə çox kobud rəftar edib dedi ki, sənin oğlun vətəni qorumağa getməli idi. Sənə iki baş inək verilib, qəbul etmisən, indi səni işlə təmin edə bilmərik. Onun haqqında eşitmişdim ki, insanlarla kobud rəftar edir. Bunun əyani şahidi oldum. 19 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev və Ucar rayon Məşğulluq Mərkəzi əlbir olub mənə qarşı qanunsuzluq ediblər. Nəticədə də süründürməçiliyə məruz qalmışam. Məşğulluq Mərkəzi tərəfindən mənə və tanıdığım bir neçə şəhid ailəsinə verilən inəklər xəstə olduğu üçün tez bir zamanda tələf oldular”.
Ucar sakini həmçinin qızının təhsili ilə bağlı də çətinlik yaşadığını qeyd edib:
“Qızım Pedoqoji Unversitetdə oxuyur. Onun Bakı şəhərində yaşadığı evin kirayə və yemək pulunu güclə ödəyirik. Çıxılmaz vəziyyətdə qalmışıq. Mənim oğlum vətən torpaqlarının azadlığı uğrunda döyüşən zaman Samir Nuriyev evində gizlənmişdi. İndi isə məni ələ salıb təhqir edir”.
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinin rəsmisi Mayis Musayev Yeniavaz.com-a açıqlamasında bildirib ki, Ucar rayonu, Bağırbəyli kəndində yaşayan ailəyə şəhid ailələri üçün nəzərdə tutulan birdəfəlik və aylıq sosial ödənişlər təyin olunub, birdəfəlik maddi yardımlar edilib. Ailə mənzillə təmin edilmək üçün də qeydiyyata alınıb:
“Şəhid ailəsinin məşğulluğuna da dəstək göstərilib. Şəhidin atası Bəkirov Ehdibar Akif oğlu özünüməşğulluq proqramına cəlb olunaraq, heyvandarlıq üzrə öz kiçik təsərrüfatını yaratması üçün 2020-ci ilin dekabr ayında ona iki baş inək verilib.Aktivlər təqdim edilərkən E.Bəkirov onların keyfiyyətindən razılığını imzaladığı aktda, həmçinin özünün razılığı çəkilən videoda da təsdiq edib.
Sonrakı müddətdə heyvanların xəstə olmasına dair heç bir müraciət etməyib, yalnız bir müddət sonra ərazi üzrə məşğulluq filalına müraciət edərək ona verilən heyvanların tələf olduğunu bildirib və yeni heyvanlar verilməsini istəyib.
Lakin heyvanların xəstə olması, öllməsi barədə təsdiqedici sənədlərlə (aktlar, mütəxəssis rəyi, fotoşəkil və s.) müraciəti olmayıb. Əgər bu sənədlər heyvanlar tələf olduqdan sonra bir ay ərzində təqdim edilsəydi, ona yenidən aktivlər verilə bilərdi.
O, özünün və həyat yoldaşının ödənişli ictimai işlə təmin olunmasını istəyir. Lakin “Məşğulluq haqqında” Qanuna əsasən E.Bəkirova özünüməşğulluq proqramına cəlb olunaraq aktivlə təmin edilib.
Həyat yoldaşının isə ictimai işlə təmin edilməsinə köməklik edilməsi üçün ərazi üzrə məşğulluq orqanına müraciət etməsi tövsiyə olunub”.
шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024