Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (29-11-2022, 09:17)
Ucarda Şəhid atası İNCİDİLİR

 


 Ucar rayonu Bağırbəyli kənd sakini Şəhid atası Bəkirov Etibar Akif oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:

"Mənim oğlum Təbriz Bəkirov Vətən müharibəsində Şəhid olub. Oğlum Təbriz ali təhsilli idi 3 dil bilirdi.O, Bakda işləyib ailənin dolanmasına yaxından köməklik göstərirdi.Təbriz şəhid olandan sonra ailəmizin dolanışığı çox ağırlaşdı.
Oğlum Təbriz şəhid olandan az sonra Ucar rayon Məşğulluq Mərkəzi tərəfindən mənə iki baş inək verdilər.Az vaxt sonra həmin inəklər xəstə olduğu üçün tələf oldu bu barədə akt tərtib edildi.Həttda inəklər o dərəcədə zəif idilər ki, gətirən gündən yatıb ayağa dura bilmədilər.Mənim oğlumun yasına qarışdığı bir vaxtda tez-tələsik iki baş xəstə inəyi bizə verib aldadan vəzifəli şəxslərə ar olsun deyirəm.
İnəklər öləndən sonra bi mən və həyat yoldaşım işsiz kimi Məşğulluq Mərkəzində qeydiyyata alınmışıq. Sakini olduğum Bağırbəyli kəndində və ya Ucar şəhərində İşlə təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzinə müraciət etmişəm. Ancaq indiyə qədər işlə təmin olunmamışam.Buna baxmayaraq Ucar rayonu Kommunal Müəssisələri Kombinatına indiyə qədər bir neçə şəxslər işə qəbul olunublar.Hansı ki, Şəhid ailəsi olduğum üçün ilk olaraq növbədən kənar işə mən qəbul olunmalı idi.Prezident cənab İlham Əliyevin xüsusi tapşırığı var ki, Şəhid ailələri və Qazilər ilk olaraq növbədən kənar işlə təmin olunmalıdırlar".
"19 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin qəbulunda olan zaman mənimlə çox kobud rəftar edib dedi ki, vətəni qorumağa sənin oğlun getməli idi" deyə dia.az-a yolladığı müraciətdə qeyd edən narazı vətəndaş daha sonra bildirir: "Sənə iki baş inək verilib qəbul etmisən indi səni işlə təmin edə bilmərik.Mən Samir Nuriyevin bu sözlərindən çox məyus olub stess keçrdim.Onun haqqında eşitmişdim ki, insanlarla kobud rəftar edir.Bunun əyani şahidi oldum.19 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev və Ucar rayon Məşğulluq Mərkəzi əlbir olub mənə qarşı qanunsuzluq ediblər.Nəticədə də süründürməçliyə məruz qalmışam.Qeyd edim ki, qızım Pedoqoji Unversitetdə oxuyur.Onun Bakı şəhərində yaşadığı evin kirayə və yemək pulunu güclə ödəyirik.Çıxılmaz vəziyyətdə qalmışıq.Məşğulluq Mərkəzi tərəfindən mənə və tanıdığım bir neçə şəhid ailələrinə verilən inəklər xəstə olduğu üçün tez bir zamanda tələf oldular.Mənim oğlum Vətən torpaqlarının azadlığı uğrunda döyüşən zaman Samir Nuriyev evində gizlənmidir.İndi isə məni ələ salıb təhqqir edir.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət edib çox-çox xahiş edirəm şikayətimi obyektiv araşdırıb mənim və həyat yoldaşımın işlə təmin olunmağımıza köməklik göstərəsiniz".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024