Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (11-08-2023, 11:52)
Universitetlərdə hazırlıq qrupu müəmması - NƏ ETMƏLİ?

Universitetlərdə hazırlıq qrupu müəmması
"Yaxın günlərdə ali məktəblərin bakalavr pilləsinə qəbul olmaq üçün ixtisas seçimi başlayır və sabaha "Abituriyent 4" jurnalı nəşr olunar. Amma məsələ burasındadır ki, bu il ali məktəblərə qəbul plan yeri 60 minə çatıb. Bütün universitetlərin plan yerləri kəskin şəkildə artıb. Amma abituriyentlərin nəticələri, xüsusilə də 200 - dən çox bal toplayan abituriyentlərin sayında ciddi fərq yoxdur".

Mediatv.az  “Cümhuriyət”ə istinadla xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Qüvvədə olan qəbul qaydalarına görə, ümumi balı 150 - dən çox olanlar müsabiqəyə qoşulur, amma onlar məhdud ixtisaslar seçə bilər:

"Bu halda ali məktəblərin böyük sayda, azı 10 minə qədər plan yeri boş qalacaq. Xüsusilə, 1-ci ixtisas qrupu üzrə 200 bal ilə seçim ixtiyarı verilən ixtisaslardan boş qalanlar çox olacaq. 2018-ci ildə "Təhsil haqqında" Qanuna dəyişiklik edilib və universitetlərin nəzdində "hazırlıq qrupları" yaradılması nəzərdə tutulub. Lakin 5 ildir ki, heç kim bu barədə danışmır. 2 ildir ki, "Abituriyent 2" jurnalında bu qəbul nəzərdə tutulur, amma həyata keçirilmir. Ehtimal etmək olar ki, boş qalan plan yerlərinə qəbul, məhz "hazırıq qrupları" adı ilə olacaq. Yoxsa azı 10 mindən çox boş qalacaq plan yerlərini doldurmaq üçün müsabiqə şərtini 100 bala salmazlar".

Son 5 ildə hazırlıq qruplarına qəbul aparılıbmı?

Dövlət İmtahan Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, hazırlıq qruplarının yerləri Təhsil Nazirliyi tərəfindən müəyyən olunur:

"Minimal müsabiqə şərtləri əvvəlcədən elan olunur və burada dəyişiklik nəzərdə tutulmur. Qaydalara əsasən müsabiqə nəticələri elan olunduqdan sonra ali təhsil müəssisələri və ixtisaslar üzrə hazırlıq qruplarının yerləri Təhsil Nazirliyi tərəfindən müəyyən olunur".

Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, bunu universitetlər özləri elan edir.
Universitetlərlə bağlı məsələ isə hələ tam aydın deyil.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hər il "Abituriyent-2" jurnalında elan verilsə də, qəbul aparılmır:

"2018-ci ildə "Təhsil haqqında” Qanuna dəyişiklik edildi və dəyişikliyin mahiyyəti o idi ki, universitetlərdə hazırlıq qrupları olsun. Bütün ixtisasların tərkibində hazırlıq qrupları vardı. Lakin plan reallaşmayıb. Hər il "Abituriyent-2" jurnalında bununla bağlı məlumat nəşr olunur. Onu da deyim ki, bu, xarici tələbələrin Azərbaycan dili hazırlıq qrupları deyil, azərbaycanlı tələbələrin ali təhsil müəssisələrindəki boş qalmış plan yerinə qəbuludur. Ali təhsil müəssisələri yalnız boş qalan plan yerlərinə uyğun hazırlıq qrupu yarada bilərlər. Bütün ali təhsil müəssisələrində hazırlıq qrupları yaradıla bilər. Həm özəl, həm dövlət universitetləri bunu həyata keçirə bilər. Amma problem budur ki, hazırlıq qrupları ilə bağlı mexanizm hazırlanmayıb. Bununla bağlı Nazirlər Kabineti qaydalar hazırlayıb təsdiqləməlidir, amma mexanizm yoxdur. Universitetlər hazır olduğunu deyir, amma hər hansı bir fəaliyyət görməmişik".

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin nəticələri (həmçinin boş qalan yerlər üzrə) elan olunduqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir. Yerlər elan olunduqdan sonra ali təhsil müəssisələrinə qəbul olmayan və DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini (Şərtlər Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq) ödəyən abituriyentlər həmin yerlər üzrə ixtisas seçimində iştirak edirlər. İxtisas seçimində iştirak edən abituriyentlərin hazırlıq qruplarının yerləri üzrə yerləşdirilməsi DİM tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Hazırlıq qruplarında tədrisin sonunda DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda nəzərdə tutulan qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Başqa sözlə desək, ixtisas seçimi zamanı heç bir ali məktəbə qəbul olunmayan abituriyentə müvafiq universitetlər və ixtisaslar üzrə hazırlıq qruplarına daxil olma şansı yaradılır. Tədrisin sonunda qəbul qaydalarına uyğun olaraq buraxılış imtahanı keçirilir. İmtahanda uğur qazanan abituriyent universitetin birinci kursuna qəbul olunur. Hazırlıq qrupları qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir. Qaydalara əsasən, hazırlıq qruplarında təhsil əyani formada aparılır. Tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının 1-də başlayır. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulur.

Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədi ilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçirilir. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirlər. Aralıq imtahanları qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir. Tələbə ali təhsil müəssisəsinin intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunur.

Ancaq görünən odur ki, ali məktəblərdəki hazırlıq qrupu müəmması hələ qalır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024