Sosial (Bu gün, 08:21)
Hicran Əyyubovadan Prezidentə şikayət... - NARAZILIQ VAR...

Belə ki, Nigar xanım Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə dəftərxana müdiri vəzifəsində çalışır. Uzun illərdir vicdanla, məsuliyyətlə əmək fəaliyyətimi davam etdirir. Lakin 09 iyul 2025-ci ildən kollecə direktor təyin olunan Hicran Əyyubova tərəfindən həm Nigar xanıma, həm də bir çox əməkdaşlara qarşı psixoloji təzyiq, qərəzli münasibət və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına məruz qalıblar.
Nigar xanım qeyd edir ki, "Direktor vəzifəyə gəldiyi ilk gündən mənə dəfələrlə söz göndərib ki, “ərizə yaz, işdən çıx”. Mən isə iki azyaşlı körpə anasıyam və ailəmin yeganə gəlir mənbəyi bu iş yerimdir. İşimdən imtina etmədiyim üçün mənim əmək haqqımdan əlavə ödənişlər kəsilib, əmək məzuniyyətim əsassız olaraq rədd edilib. 1 ildən artıq müddətdə işləməyimə baxmayaraq, dəfələrlə müraciət etməyimə baxmayaraq, məzuniyyət hüququm təmin edilməyib.
Mənim vəzifə səlahiyyətlərim açıq şəkildə məhdudlaşdırılır. Hazırda dəftərxana müdiri kimi vəzifəmi yerinə yetirməyimə icazə verilmir, sənədlər mənə təqdim edilmir, mənim adımdan tyutor işçilər sənədləri qəbul edirlər. Bu, həm qanunsuzdur, həm də mənim peşəkar nüfuzuma qəsddir.
Ən acınacaqlısı odur ki, direktor işçilərə mənimlə danışmağı qadağan edib. Kim mənə salam versə, həmin şəxs dərhal təhdid edilir. Bu, artıq adi iş mühiti problemi deyil – bu, açıq psixoloji zorakılıq və mobbinq halıdır.
Bundan əlavə, direktor Hicran Əyyubova və onun müavini Gülnar Kərimova mənə qarşı dəfələrlə təzyiq göstərmiş, bir dəfə isə tanımadığım, Tovuz kollecindən gətirilmiş işçilərlə birlikdə məcburi şəkildə otağa yığıb 1 saat ayaq üstə saxlamış, saxta akt imzalamağa məcbur etmişlər. Mən imzalamadığım halda isə “başqa akt tərtib edib şəxsi işinə əlavə edəcəyik” deyə hədə-qorxu gəlmişlər. Bu hadisə barədə sübutlar da məndə mövcuddur.
Hazırda mən iş yerində tam təcrid olunmuş vəziyyətdə, daimi təzyiq və qorxu şəraitində işləməyə məcburam. Mənim səhhətimdə də bu stresin təsiri ilə ciddi problemlər yaranıb.
Bu qədər haqsızlıq və qanunsuzluq qarşısında mən dəfələrlə Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Təhsil Nazirliyinə və digər aidiyyəti orqanlara müraciət etmişəm. Təəssüf ki, direktor hər dəfə müfəttişliyə təhrif olunmuş və yalan məlumatlar göndərərək məsuliyyətdən yayınmağa nail olub.
Artıq mən bu qədər təzyiqə dözmürəm. Mən bu yazı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirəm.
Cənab Prezident, Siz həmişə sadə vətəndaşın yanında olmusunuz. Mən inanıram ki, dövlətimizin humanist siyasəti çərçivəsində bu məsələyə ədalətli şəkildə baxılacaq, mənim əmək hüquqlarım bərpa olunacaq, mənə qarşı olan mobbinq və psixoloji təzyiq halları dayandırılacaq.
Dövlətin öz vətəndaşına qayğı və ədalət göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Mən dövlətimin ədalətinə inanıram.
Sizə və bütün aidiyyəti qurumlara bu məsələyə diqqətlə yanaşacağınız üçün öncədən təşəkkürümü bildirirəm."
TəhsilMedia.az olaraq aidiyyatı qurumların məsələni araşdırmasını və problemin tezliklə həll olunacağını ümid edirik.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025