Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (Dünən, 21:43)
“Pro Construction Company“ yenə nazirliyin tenderini qazandı - Bu dəfə 9,6 milyon...

bitmap-img6

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti Cəlilabad Rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işləri (II mərhələ) ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Pro Construction Company” MMC seçilib. Görüləcək işlərə görə şirkətə 9 681 787,26 manata ödəniləcək. 

Xəstəxanaın tikintisi və avadanlıqla təchiz olunmasının I mərhələsi ilə bağlı elan edilən 4 370 000 manatlıq tenderin də qalibi "Pro Consdtruction Company” MMC seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Pro Construction Company” MMC 15 dekabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1010 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 45, mənzil 75-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Elnur Elşad oğludur. 

"Pro Construction Company” MMC cari ildə Səhiyyə Nazirliyi və ona tabeli qurumlarla 4 satınalma müqaviləsi bağlayıb. Bundan başqa, 2023-ci ildə Səhiyyə Nazirliyi ilə şirkət arasında 2 314 200 manatlıq satınalma müqaviləsi imzalanıb. Müqavilədə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində cari təmir işləri nəzərdə tutulub. 

Araşdırmalarımız zamanı məlum olub ki, "Pro Construction Company” MMC Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətinin direktoru Elşad Hacıyevə yaxın şirkətdir. Bu barədə mediada da məlumatlara rast gəlinir. Həmin məlumatlar indiyədək təkzib olunmayıb. 

Bu iddia ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə verməyib. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025