Karusel (Bu gün, 16:33)
Saatlıda yolları vaxtilə "zapçast" satan şirkət təmir edəcək -785 minlik müqavilə
Saatlı Rayon İcra Hakimiyyəti Saatlı şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi "Rapid Services Azerbaijan” MMC seçilib. Şirkətin qiymət təklifi 785 163,74 manat olub. Bu məbləğ ehtimal olunan qiymətdən 25 500,98 manat başqa sözlə 3,15 faiz azdır.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Rapid Services Azerbaijan" MMC 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xocalı küçəsi, ev 55, məhəllə 1145, "AGA Center”də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəcəfov Elnur Ələddin oğludur.

Elnur Nəcəfov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Ondan əvvəl şirkətə Fərhadlı Nuru Novruz oğlu rəhbərlik edib. Onun da haqqında hər hansı məlumata rast gəlinmir.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkət 2021-ci ilədək "Universal Motors” MMC adı ilə fəaliyyət göstərib. Şirkət vaxtilə nəqliyyat ehtiyyat hissələrinin satışı ilə məşğul olub. Amma maraqlıdır ki, "Universal Motors” MMC profilinə uyğun olmayan satınalma predmetləri ilə bağlı keçirilən tenderlərdə qalib seçilib.
Məsələn, 2021-ci ildə Şabran Suvarma Sistemləri İdarəsi ilə şirkət arasında təmir üçün inşaat mallarının satın alınması ilə bağlı 238 374,69 manatlıq satınalma müqaviləsi bağlanıb.
2021-ci ildən "Rapid Services Azerbaijan” MMC-yə çevrilən şirkət indiyədək 11 tender qazanıb. Bu tenderlər satınalma predmetlərinə diqqət etdikdə "Rapid Services Azerbaijan” MMC-nin tender oyunlarında istifadə etmək üçün yaradıldığına şübhələr artır.
Təsəvvür edin, yol təmir edən şirkət həm də "Bakı Metroöoliteni” QSC-yə sanitar-gigiyenik məhsullar satır. Yaxud başqa bir qurum şirkətdən elektrik lampası alır.
"Rapid Services Azerbaijan” MMC haqqında açıq mənbələrdə məlumatlar məhdud olduğu üçün şirkətin maddi-texniki bazasının öhdəlikləri icra etmək üçün yetərli olub-olmadığı məlum deyil.

Saatlı Rayon İcra Hakimiyyətinin tarixçəsi müəmallarla zəngin olan bir şirkətlə yol infrastrukturunu etibar etməsi maraqlı görünür. Adətən bu tip sövdələşmələr tərəflər arasında qaranlıq münasibətlərin nəticəsi kimi ortaya çıxır. Bu dəfə də oxşar vəziyyətdirmi? Bu suala Saatlı Rayon İcra Hakimiyyəti aydınlıq gətiməli olsa da, qurumla danışmaq mümkün olmayıb.(Qaynarinfo)
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
21 10 2025
21 10 2025
21 10 2025