Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Redaktor seçimi (Bu gün, 09:13)
Xəzər Nuriyev sosial narazılıq yaratmaqda görəsən hansı maraqlar güdür?

 Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaradılıb. Müasir mərhələdə ölkəmizin davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Respublika ərazisinin, xüsusilə də ucqar ərazilərdəki əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi universal telekommunikasiya xidmətlərinin təşkili və göstərilməsi üçün müvafiq tədbirlər görülüb.  Həyata keçirilən bu qədər müsbət işlərə baxmayaraq, yerlərdə fəaliyyət göstərən bəzi vəzifəli şəxslər özbaşına əməllər törətməklə sözügedən sahədəki uğurlara kölgə salmağa çalışırlar.
  Belə ki, "Aztelekom" MMC-nin Cəlilabad rayon şöbəsinin rəisi Xəzər Nuriyevin törətdiyi özbaşınalıqlar barədə redaksiyamıza müdhiş məlumatlar daxil olub.Cəlilabad rayon Mirtəhməzli kənd sakini Sahib Təhməzovun redaksiyamıza ünvanlanmış müraciətində bildirilir ki, şöbə rəisinin səbəb olduğu xoşagəlməz hadisələr yerli sakinlərin rabitə xidmətlərindən istənilən səviyyədə istifadəsinə imkan yaratmır:İlk növbədə onu demək istəyirəm ki,"Aztelekom" MMC-nin Cəlilabad rayon şöbəsinin rəisi internet çəkdirmək üçün müraciət edən vətəndaşları süründürməçiliyə məruz qoyur. Təhməzov bildiririr ki, kənddə əksər adamlara internet  xətti çəkilib, amma ona yox.
  Bir müddət əvvəl Mediatv.az redaksiyası olaraq, “Aztelekom” MMC-nin Cəlilabad şöbəsinə zəng vurub S.Təhməzovun probleminin həlli yolunda hansı maneənin olduğunu öyrənnmək istədik. Bildirilər ki, vətəndaşın müraciəti nəzarətə götürülüb və yaxın müddətdə onun evi internetlə təmin olunacaq.Hətda  bununla bağlı “Aztelekom” MMC-nin Cəlilabad filialından şikayət var(https://mediatv.az/region/127106-rabite-sisteminde-qoyunun-qurda-tapsirilmasi-tecrubesi-internet-istifadecilerinde-naraziliq-dogurur-aztelekom-mmc-nin-celilabad-filialindan-sikayet.html) sərlövhəli məqalədə dərc etmişdik.Çox təəsüflər olsun ki vətəndaşın müraciətindən 7 aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də Təhməzovlar ailəsi internetsiz qalıb.Gərəsən "Aztelekom" MMC-nin Cəlilabad rayon şöbəsinin rəisi Xəzər Nuriyev vətəndaşı incitməkdə və sosial narazılıq yaratmaqda hansı maraqlar güdür?
Mövzunu davam etdirəcəyik..
 

    Mediatv.az шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
11 10 2025
11 10 2025
11 10 2025
11 10 2025