Sosial (Bu gün, 12:31)
Valeh Mirzaliyev respublikanın təhsil müəssisələrini bir nəfərə bağlı iki şirkətin ümidinə qoyub -TƏFƏRRÜAT

Yenixeber.org: Respublikanın təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satınalınması üzrə 28.07.2025-ci ildə başlanışmış açıq tenderdə “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib və tərəflər arasında 8.244.968,9 manat satınalma müqaviləsinin bağlanması gözlənilir.
Respublikanın bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrinin təmiri və inventarlarının təmiri işləri üzrə 31.07.2025-ci ildə başlanışmış açıq tenderdə də “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib və tərəflər arasında 11.467.624,02 manat satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur.
Göründüyü kimi Əsasli Tikinti Və Təchizat İdarəsi bir gündə “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC yə ümumi dəyəri 19 712 592 manat olan iki dövlət sifarişi verib. Bəs sözügedən qurumdan bir gündə iki tender udan MMC haqqında nə kimi məlumatlar var?
Qeyd edək ki, bunlar Tikinti Və Təchizat İdarəsi ilə “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” QSC arasında bağlanan ilk müqaviləlr deyil. Satınalmaların portalına yerləşdirlimiş məlumatlara görə 2021-ci ilin sentyabrından bu yana tərəflər arasında ümumi dəyəri yüz milyonlarla olan 23 satınalma müqaviləsi bağlanılıb. Hamısı da bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat işləri, dam örtüklərinin əsaslı təmiri işləri, orta məktəbinin cari, əsaslı təmiri işləri üzrə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” (VÖEN: 2005667751) Qapalı Səhmdar Cəmiyyətinin 04.06.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU,RAMİZ QULİYEV, ev.15A, qanuni təmsilçisi kimi isə Mahmudlu Eltun Ənvər oğlu qeyd olunub.
Vergi öhdəlikləri üzrə 2020- 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 24.02.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub.
Bəs Aqayev Fərhad Surəddin oğlu kimdir?
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin 20.10.2025-ci ildə, yəni iki gün əvvəl yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərinin satınalınması üzrə yekunlaşdırdığı və 10.165.227,01 manat dəyərində müqavilə bağlamağı planlaşdırdığı “ELEMENT YT” QSC -nin də təsisçisi və ilk qanuni təmsilçisi.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELEMENT YT” (VÖEN: 2005410371) Qapalı Səhmdar Cəmiyyətinin 16.01.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, 8 NOYABR, ev.15, qanuni təmsilçisi kimi isə Paşayev Mətləb Allahverdi oğlu qeyd olunub.
Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 25.01.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub.
Tikinti Və Təchizat İdarəsinin “ELEMENT YT” QSC ilə işbirliyi də çoxdan başlayıb.Satınalmaların portalına yerləşdirilmiş məlumatlara görə “Element YT” QSC son dörd il ərzində Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi ilə yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işləri üzrə ümumi dəyəri 75 892 799 manat olan 6 satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Əsasli Tikinti Və Təchizat İdarəsi son üç gün ərzində bir nəfərə bağlı olan “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” QSC-ni 30 milyon manat dəyəri olzan üç tenderin qalibi seçib.
Bu şirkətlərin dövlət qeydiyyatına alındıqları tarixlərin, təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildikləri tarixlərin və hüquqi ünvanlarının yaxınlığı deməyə əsas verir ki, bir nəfər tərəfindən idarə edilir. Açıq mənbələrdə barəsində məlumat olmayan Fərhad Aqayevdən başqa bu şirkətlərin arxasında daha güclü bir nəfərin də olduğu istisna deyil. Amma hələlik bu bəlli deyil. Bəlli olan odur ki, respublikanın təhsil müəssisələri bir nəfərə bağlı iki şirkətin ümidinə qalıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir.(aktualinfo.net)

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025