2021-2022-ci tədris ili üzrə qəbul planına əsasən II və III ixtisas qruplarında dövlət sifarişli yerlərin sayı artırılıb.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, II ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 2020-ci il qəbul planı ilə müqayisədə 2.79 faiz çoxdur. III ixtisas qrupu üzrə isə dövlət sifarişli plan yerlərinin artım faizi 2.28 faiz təşkil edir.
2021-2022-ci tədris ilində Azərbaycan ali məktəblərində II ixtisas qrupu üzrə 4230, üçüncü ixtisas qrupu üzrə isə 4353 dövlət sifarişli yer ayrılıb.
II ixtisas qrupu üzrə 2020-ci il qəbul planı ilə müqayisədə ən çox Mingəçevir Dövlət Universitetində dövlət sifarişli ixtisaslar artırılıb. Belə ki, 2020-ci ildə universitetdə tələbələr üçün 335 dövlət sifarişli yer ayrılmışdısa, 2021-ci ildə bu rəqəm 465-ə çatdırılıb.
Azərbaycan Kooperasiya Universiteti II qrup üzrə ən çox plan yeri azalan ali təhsil ocağıdır. Kooperasiya universitetində 2020-ci ildə 730 dövlət sifarişli plan yeri ayrılmışdısa, 2021-ci ildə bu göstərici 130 yer azaldılaraq 600-ə endirilib.
III ixtisas qrupuna gəldikdə isə bu qrup üzrə 2020-ci ildə 4256 dövlət sifarişli plan yeri ayrılıb. 2021-ci ildə bu göstərici 4353-ə çatdırılıb. III ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin artımına görə, ilk sırada Azərbaycan Dövlət Pedaqoji Universiteti qərarlaşıb. 2020-ci ildə 1910 dövlət sifarişli plan yeri olan universitetin 2021-ci ildə göstəricisi 155 yer artırılaraq 2065-ə çatdırılıb.
Dövlət sifarişli plan yerləri böyük fərqlə azalan digər təhsil müəssisəsi Bakı Slavyan Universitetidir. 2020-ci ildə 990 dövlət sifarişli plan yeri olan BSU-nun cari ildə 40 plan yeri azalaraq, 950-ə salınıb.
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024