Sosial (Bu gün, 11:00)
"AL MARKET" mağazalar şəbəkəsində yalançı endirimlər-FOTOLAR

Artıq son dövrlər marketlərdə məhsulların "saxta endirim" kompaniyası bir növ ənənə halı alıb. 22.10.2025-ci il tarixdə növbəti bu cür bir halla qarşılaşmışam, belə ki, günorta saatlarında yaşadığım əraziyə yaxın, Nəsimi rayonu Asif Məhərrəmov 174 ünvanında yerləşən "Al Marketə", evdə istifadə olunan bəzi şeyləri almağa getmişdim. Elə mağazanın girişindəcə tualet kağızların endirimdə olduğunu gördükdə, ağır olmasın deyə bir bağlama həmin kağızlardan və bir iki xırda şeylər götürüb ödəniş etdim. Bu arada onu da qeyd edim ki, eynəksiz olduğumdan bank kartından nə qədər vəsait çıxıldığını və kassa çekində hansı vəsaitin olduğuna baxmadan mağazadan çıxıb evə getdim. Yalnız axşam saatlarında təkrar mağazaya qayıdıb günorta saatlarında ala bilmədiklərimin dalınca getməyə hazırlaşanda günorta etdiyim alış-veriş müqabilində birbank tətbiqindən telefonuma gələn 17.59 manat məbləği gördüm. Açığı özümə də təəccüblü gəldi və mağaza çekinə baxanda orada "endirimdə" olan tualet kağızının elanda yerləşdirildiyi kimi 11.99 manat yox, 14.99 manat olduğunu gördüm. Əlqərəz evdən çıxıb mağazaya yollandım. Artıq axşam saat 7 tamam idi. İçəri daxil olub kassaya yaxın stulda əyləşmiş xanıma əlimdəki çeki təqdim edib hələ də girişdə üzərində böyük hərflərlə "ENDİRİM SUN 11.99" qeydlər olan kağızı göstərib baş verənlərin izahı barədə sorğu etdim. Xanıma bildirdim ki, günorta bu məhsul üçün məndən, göstərildiyi kimi 11.99 yox, 14.99 qəpik vəsait alınıb. Söz ağzımdan çıxar-çıxmaz xanım yerindən durub "endirim" bildirən kağızı məhsulun üzərindən çıxara-çıxara, "bu məhsulun endirim vaxtı bitib" dedikdə, dedim xanım, əl saxlayın mən bunu çəkəcəm. Mağaza işçisi ciddi-cəhdlə məni inandırmağa çalışdı ki,məhsulun üzərindəki endirim sadəcə yaddan çıxıb qalıb. Dedim ay xanım, mən günorta saat 2 də alış-veriş etmişəm, indi saat 7 tamamdır, necə ola bilər ki, siz artıq günorta saatlarından endirimdən çıxmış məhsulu 5 saat ərzində hələ də endirimdə olduğu kimi axşam saat 7-yə kimi satışda saxlamısınız. Əlbəttə bu sadəcə özünümüdafiədən başqa bir şey deyildi və verdiyim sual cavabsız qaldı. İndi mən buradan "AL MARKET"- lər şəbəkəsinin rəhbərliyinə üz tuturam, cənablar! Bu birinci və sonuncu hal deyil, nə vaxta kimi insanları bu yalançı " endirimlə" alladacaqsınız? Bu hallara nə vaxt son qoyulacaq? Eyni zamanda İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət ediərək, qeyd olunan ünvandakı mağaza barədə aidiyyəti tədbirlərin görülməsini tələb edirəm.
İstefada olan hərbi təqaüdçü Elşən Quliyev
Mediatv.az



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025